Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə azalıb.
Milli.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il xaricə səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər olub.
Səfər edənlərin 40,8 faizi Türkiyəyə, 16,8 faizi Rusiyaya, 10,8 faizi Gürcüstana, 7,9 faizi İrana, 23,7 faizi isə digər ölkələrə gedib. Türkiyəyə səfərlərin sayı 7,5 faiz artsa da, Rusiya, Gürcüstan, İran və digər ölkələrə səfərlərdə azalma qeydə alınıb. Xaricə gedən vətəndaşların 67,3 faizini kişilər, 32,7 faizini isə qadınlar təşkil edib.
Xaricə səfər edənlərin 69,7 faizi hava nəqliyyatından, 28,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 30 May 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















