Icma.az
close
up
RU
AzərbaycanTürkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir FOTOLAR

AzərbaycanTürkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə qardaş ölkədə səfərdə olan Əlahiddə  Ümumqoşun Ordunun (ƏÜO) komandanı general-mayor Kənan Seyidov bir sıra hərbi obyektlərdə olub.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-mayor K.Seyidov Quru Qoşunlarının Aviasiya komandanlığı və hərbi hissələrdən birində olub. Nümayəndə heyətinə istifadədə olan pilotsuz uçuş aparatlarının (PUA) taktiki-texniki xüsusiyyətləri, onların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili və PUA-lar üçün nəzərdə tutulan aviabombalar barədə brifinq təqdim olunub. Real vaxt rejimində döyüş tapşırığı yerinə yetirən PUA-ların uçuşları idarəetmə məntəqəsindən izlənilib.

Sonra nümayəndə heyəti Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr (XTQ) Komandanlığına gəlib. XTQ-nin keçdiyi inkişaf yolu, yerinə yetirdikləri tapşırıqlar və kursantların hazırlığı prosesi barədə brifinq təqdim edilib. Xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün nəzərdə tutulmuş açıq və qapalı simulyatorlara baxış keçilib. Müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatları üzrə şərti tapşırıqların praktiki icrası izlənilib.

ƏÜO komandanı İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında olub. Burada nümayəndə heyətinə komandanlığın fəaliyyəti, təhsil sistemi və tədris prosesi barədə brifinq təqdim olunub. Komandoların silahlanmasında olan müxtəlif silahlar və rabitə vasitələri, həmçinin kursantların komando hazırlığı prosesi əyani nümayiş etdirilib, müxtəlif trenajorlara və tədris siniflərinə baxış keçirilib. General-mayor K.Seyidov orada təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb və onların hazırlıq səviyyəsi ilə maraqlanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri