Ermənistan TRIPP dəmir yolunun marşrutunu açıqladı 42 km olacaq
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
TRIPP layihəsinin dəmir yolu xəttinin tikintisi zamanı sovet dövründə dəmir yolunun keçdiyi ərazidən istifadə olunacaq. Xəttin uzunluğu təxminən 42 kilometr təşkil edəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan parlamentin tribunasından TRIPP layihəsi barədə danışarkən bildirib.
Onun sözlərinə görə, dəmir yolu Araz vadisi boyunca uzanacaq və bu ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahələri yoxdur.
“Avtomobil yoluna gəlincə, onun konkret marşrutu hələ yekun müəyyənləşdirilməyib. Yol cənub hissəsindən keçəcək. Sadəcə, Naxçıvan ərazisində birləşmə sahəsi çox dar olduğuna görə texniki ekspertizaların aparılması zəruridir”, – deyə baş nazirin müavini qeyd edib.
Xatırladaq ki, TRIPP dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 29 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















