Icma.az
close
up
RU
AzərbaycanTürkiyə əlaqələri türk dünyası üçün mühüm töhfələr verir FOTO

AzərbaycanTürkiyə əlaqələri türk dünyası üçün mühüm töhfələr verir FOTO

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusuna həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Əhmədov və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay açıblar. Natiqlər çıxışlarında Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinə toxunaraq, strateji tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Onlar ictimai diplomatiyanın müasir dövrdə dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və mədəniyyətlərarası dialoqun inkişafındakı mühüm rolunu vurğulayıblar.

Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişafından söz açan Əli Əhmədov vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpası, xalqımız üçün tarixi bir nemət olduğu kimi, həm də iki ölkə arasındakı qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib: “Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay çıxışında Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlığın bütün siyasi məsələlərin fövqündə durduğunu və milli maraqlar çərçivəsində qiymətləndirildiyini bildirib. O, bu münasibətlərin yalnız iki ölkə üçün deyil, bütövlükdə türk dünyası üçün mühüm töhfələr verdiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyinə toxunaraq, regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin önəmini qeyd edib. Fuat Oktay diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə əlamətdardır: “Bu, ölkənin demokratik inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə xalqın iradəsi seçkilər vasitəsilə parlamentə əks olunub. Bu proses Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik dəyərlərin təntənəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.

Sonra tədbir Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə davam edib.
"Parlamentlərin İctimai Diplomatiyada Rolu" adlı paneldə əsas məruzəçi kimi çıxış edən Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov tədbirin əhəmiyyətini vurğulayaraq, müasir dövrdə parlamentlərin ictimai diplomatiyada oynadığı mühüm rolu geniş təhlil edib. Paneldə çıxış edən digər natiqlər – Milli Məclis Sədrinin müavinləri Rafael Hüseynov, Musa Qasımlı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, sədr müavini Nigar Arpadarai, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, parlamentin Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komitəsinin həmsədrinin müavini Konur Alp Koçak, eləcə də millət vəkilləri Nurhayat Altaca Kayışoğlu, Ali Öztunç, Metin Ergun və Büşra Paker öz çıxışlarında ölkələrarası əməkdaşlıq və parlamentlərin xalq diplomatiyasındakı rolu barədə fikirlər səsləndiriblər.

Dəyirmi masada Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsində təcrübəsi ətraflı müzakirə edilib, həmçinin əməkdaşlığın təşviqinə töhfə verən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Panel iştirakçılarının çıxışları səmərəli fikir mübadiləsinə və əməkdaşlığın yeni yollarının müəyyən edilməsinə zəmin yaradıb.

Tədbirin sonunda parlamentarilər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin, qanunverici orqanların ictimai diplomatiyadakı rolunun gücləndirilməsinin və bu sahədə əməkdaşlığın davam etdirilməsinin regional və qlobal sabitliyin təmin olunmasına mühüm töhfə verə biləcəyini vurğulayıblar. İştirakçılar, əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində razılığa gələrək, dəyirmi masanı gələcək əməkdaşlıq perspektivlərinin və fəaliyyət planlarının müzakirəsi üçün mühüm bir platforma kimi qiymətləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://publika.az
archiveBu xəbər 07 Dekabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see287

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see123

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri