Icma.az
close
up
RU
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

“Azercell Telekom” MMC rəqəmsal transformasiya istiqamətində növbəti mühüm addımını ataraq, qlobal telekommunikasiya standartlarını müəyyən edən TM Forum tərəfindən irəli sürülmüş “Autonomous Networks Manifesto” sənədini rəsmi olaraq imzalayıb. Şirkət bununla Azərbaycan və MDB regionunda bu təşəbbüsə qoşulan ilk mobil operator olub.

"Unikal" xəbər verir ki, "Azercell" və Aztelekom-un birgə həyata keçirdiyi “Autonomous Networks” layihəsi çərçivəsində əldə olunan bu nailiyyət Azercell-i qlobal səviyyədə innovativ texnologiyaların tətbiqinə öncülük edən operatorlar sırasına daxil edir.

Qeyd edək ki, Avtonom Şəbəkələr süni intellekt və maşın öyrənməsi texnologiyalarına əsaslanaraq insan müdaxiləsinə minimum ehtiyac duyan, özünü tənzimləyən, optimallaşdıran və nasazlıqları avtomatik aradan qaldırma funksiyasına malik idarəetmə modelidir. Bu yanaşma operatorlara şəbəkə idarəçiliyində daha yüksək dəqiqlik, çeviklik və dayanıqlılıq təmin edir.

Layihənin icrası nəticəsində Azercell-in əməliyyat səmərəliliyinin artırılması, müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi hədəflənir. Belə ki, müraciətlərin həlli müddətinin azalması, yeni xidmətlərin bazara çıxarılma və abunəçilərə çatdırılma proseslərinin sürətlənməsi gözlənilir. Eyni zamanda, proseslərin avtomatlaşdırılması hesabına əməliyyat xərclərinin (OPEX) optimallaşdırılması və insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsi təmin olunacaq.

Bununla yanaşı, Azercell və Aztelekom üzrə Avtonom Şəbəkələrə dair bütün mövcud və gələcək təşəbbüslər vahid proqram çərçivəsində, TM Forum standartlarına uyğun şəkildə mərkəzləşdirilmiş qaydada idarə olunur.

Qeyd edək ki, Azercell 2025-ci ildə telekommunikasiya və texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin beynəlxalq alyansı olan TeleManagement Forum-a (TM Forum) rəsmi üzv olub.  Şirkət innovativ texnologiyaların tətbiqi və strateji təşəbbüslər vasitəsilə ölkədə rəqəmsal ekosistemin davamlı inkişafına töhfə verməyi hədəfləyir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Aprel 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri