Azercell in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Sumqayıt şəhərində Uşaq Paralimpiya Oyunları keçiriləcək.
"APA-Economics" xəbər verir ki, dekabrın 20-də baş tutacaq oyunlarda sağlamlıq imkanları məhdud 130 uşaq paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia daxil olmaqla 8 idman növü üzrə müxtəlif kateqoriyalarda yarışacaq.
Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi inklüziv cəmiyyətin inkişafına töhfə vermək, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını təşviq etməkdir.
Qeyd edək ki, Azercell 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının əsas tərəfdaşlarından biridir. Şirkətin davamlı dəstəyi nəticəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının genişlənməsi üçün münbit şərait yaratmaqla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji rifahının yüksəlməsinə, motivasiyalarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına müsbət təsir göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 19 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















