Əlilliyi olan 1300 dən çox şəxs hippoterapiya xidmətlərinə cəlb olunub FOTOLAR
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni reabilitasiya metodlarından biri kimi 2022-ci ildən hippoterapiya (atlarla terapiya) xidmətləri də göstərilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ötən dövrdə əlilliyi olan 1300-dən çox şəxs bu istiqamət üzrə xidmətlərə cəlb edilib.
Agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi hippoterapiya 3 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur.
Həftədə iki dəfə keçirilən hippoterapiyada əsas məqsəd həmin şəxslərin at üzərində hərəkət vasitəsilə bədən əzələlərinin aktivliyini artırmaqdır.
Beynəlxalq təcrübəyə əsaslanan bu terapiya üsulu, eyni zamanda, əlilliyi olan şəxslərin ümumi əhvali-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Fevral 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















