“Azercell Könüllüləri” 60 dan çox şagirdə hədiyyə təqdim edib
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni tədris ili ərəfəsində “Azercell Könüllüləri” növbəti sosial təşəbbüsünü həyata keçirib.
Modern.az xəbər verir ki, layihə çərçivəsində 60-dan çox məktəbliyə yeni dərs ilinə hazırlıq üçün zəruri məktəb ləvazimatları və hədiyyələr təqdim olunub.
Hədiyyələr hər bir şagirdin fərdi ehtiyacları nəzərə alınaraq seçilib. Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən təşəbbüs çərçivəsində könüllülər şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin məktəbli övladlarını ziyarət edərək yeni dərs ili sevincini onlarla bölüşüblər.
Məktəblilərin siyahısı yerli icra hakimiyyəti orqanları və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əvvəlki layihələr çərçivəsində təqdim etdiyi məlumatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Azercell Könüllüləri” 2001-ci ildən fəaliyyət göstərir. Könüllülər təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində müxtəlif təşəbbüslər həyata keçirir, həssas sosial qruplara dəstək göstərir, uşaqların və gənclərin inkişafına yönəlmiş layihələrdə fəal iştirak edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Sentyabr 2026 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















