“Azercell Könüllüləri” növbəti xeyriyyə təşəbbüsünü həyata keçirib
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azercell Könüllüləri” Novruz və Ramazan bayramları münasibətilə ənənəvi xeyriyyə yarmarkasını həyata keçiriblər.
"Unikal" xəbər verir ki, yarmarka çərçivəsində əldə olunan vəsaitlər sayəsində könüllülər Bakı və ətraf qəsəbələr, Sumqayıt, Goranboy, İsmayıllı, Qəbələ, Lənkəran, Gəncə, Ağdaş və Ağcabədidə yaşayan 120-dən çox ailəyə bayram sevinci yaşadıblar.
Builki təşəbbüsə "Azercell Telekom" MMC-nin əməkdaşları ilə yanaşı "Aztelekom" MMC-nin əməkdaşları da qoşulub. Ailələrin siyahısını yerli icra hakimiyyətləri və "Zəfər" İB təqdim edib.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” təşəbbüsü mütəmadi şəkildə xeyriyyə aksiyaları təşkil edir.
Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















