Icma.az
close
up
RU
Azercell rəsmi olaraq Əla İş Yeri kimi tanınıb!

Azercell rəsmi olaraq Əla İş Yeri kimi tanınıb!

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatını qazanıb.

"Unikal" xəbər verir ki, korporativ mədəniyyət və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim olunur. Sorğunun nəticələrinə əsasən, Azercell əməkdaşlarının 80%-dən çoxu şirkəti işləmək üçün ideal mühit kimi dəyərləndirib. Bu göstərici şirkətin işçi məmnuniyyəti və təşkilati mədəniyyətin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətinin göstəricisidir.

“Azərbaycanın mobil rabitə bazarının lideri olaraq Azercell, ölkənin rəqəmsal ekosisteminin inkişafında mühüm rol oynayır. Bu vacib missiyanı reallaşdırmaq üçün innovativ düşüncəyə sahib, peşəkar və işinə sadiq komanda qurmaq bizim üçün vacibdir. Məhz belə kadrlar innovasiyaları gerçəkləşdirir, yüksək xidmət keyfiyyətini təmin edir və dayanıqlı inkişafla yanaşı, korporativ məsuliyyət prinsiplərinə də sadiq qalırlar,”– deyə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bildirib. “Etibarlı, insanlara dəyər verən və onları dəstəkləyən, həmçinin inkişafı üçün imkan yaradan iş mühiti uğurumuzun əsasını təşkil edir. Great Place to Work® sertifikatı illər ərzində formalaşdırılan unikal korporativ mədəniyyətimizə verilən dəyərin və Azercell komandasının peşəkarlığının bir göstəricisidir.”

"Azercell"in İnsan Kapitalının İdarə Edilməsi Departamentinin direktoru Dilarə Hüseynova bildirib ki, əməkdaşların inkişafına yönəlik investisiyalar şirkət üçün prioritet olaraq qalır: “İnanırıq ki, əməkdaşa yönələn hər bir yatırım əslində şirkətin gələcəyinə qoyulan strateji sərmayədir. Təkcə 2024-cü ildə 640-dan çox təlim proqramı təşkil etmişik. Bu təşəbbüslər “IE Business School”, “Franklin Covey”, “Cornell University” kimi nüfuzlu beynəlxalq institutlarla əməkdaşlıq çərçivəsində təşkil olunub. Bundan əlavə, GSMA ilə birlikdə həyata keçirdiyimiz “İnsan Kapitalının İnkişafı Proqramı” beynəlxalq təcrübələrin şirkətimizdə tətbiqi baxımından əhəmiyyətli addım oldu. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafını dəstəkləmək məqsədilə liderlik təşəbbüsləri, beynəlxalq mübadilə proqramları və funksiyalararası əməkdaşlıq imkanları yaradırıq". 

Komanda ruhu, inklüziv mədəniyyət və davamlı inkişaf prinsiplərinə xüsusi önəm verən "Azercell", Azərbaycanın ən arzuolunan işəgötürənlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir və innovasiya ilə yanaşı əməliyyat mükəmməlliyini təşviq edən iş mühiti formalaşdırmağa davam edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 May 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri