Icma.az
close
up
RU
Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı mütəxəssisləri bir araya gətirdi FOTO

Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı mütəxəssisləri bir araya gətirdi FOTO

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi tərəfdaşı qismində çıxış edib.

Globalinfo.az bildirir ki, qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı bu tədbir çərçivəsində Azercell-in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Panel zamanı korporativ tərəfdaşlıqların sosial təsiri, gənclər arasında sağlam həyat tərzinin təşviqi və idman dəyərlərinin cəmiyyətə inteqrasiyası mövzularında müzakirələr aparılıb.

“Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərimin moderatorluğu ilə keçirilən paneldə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış ediblər.

Sona Abbasova Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığının dərin və mənalı bir missiyaya əsaslandığını bildirib. O, bu əməkdaşlığın dürüstlük, tərəfdaşlıq və insanlara xidmət kimi ortaq dəyərlər üzərində qurulduğunu və məhz bu dəyərlərin “Qızlara ağ yaraşır” kimi yüksək ictimai təsirə malik sosial təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdığını qeyd edib. Sona Abbasova, həmçinin, Azercell-in dəyər əsaslı əməkdaşlıqlar vasitəsilə cəmiyyətə müsbət təsir göstərmək öhdəliyinin gələcəkdə də davam edəcəyini vurğulayıb.

Rəşad Rəsullu öz növbəsində Azercell-lə birgə reallaşdırılan daha bir sosial kampaniya olan “Söz verirəm” layihəsinin əhəmiyyətindən danışıb: “Bu təşəbbüs cüdoya olan marağı artırmaq və sağlam həyat tərzini təbliğ etməklə yanaşı, gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama mövzusuna toxunur. Layihə vasitəsilə bu problemə diqqət çəkmək istədik, çünki cüdonun təməlində dayanan hörmət, dürüstlük, əzm və dostluq kimi dəyərlər gənclərin formalaşmasında mühüm rol oynayır.”

Tanınmış rep ifaçısı Orxan Zeynallı isə çıxışında Azercell və Cüdo Federasiyanın əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Doğru yol budur” adlı daha bir kampaniya üçün bəstələyib ifa etdiyi əsərindən danışıb. İfaçı musiqinin gənclərə təsirini önə çəkərək, – “Bu layihədə ilk dəstəkçimiz musiqi oldu, çünki musiqi özünüifadə və sosial dəyişiklik üçün güclü vasitəsidir. Bu kampaniya vasitəsilə biz gəncləri zərərli vərdişlərdən uzaq durmağa və doğru seçimlər etməyə təşviq edirik”, – deyə bildirib.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri