Icma.az
close
up
RU
Azərbaycanda Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı keçiriləcək

Azərbaycanda Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı keçiriləcək

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

2025-ci il 2–3 may tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və “Endorphin” reklam agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda reklam, marketinq, brendinq və dizayn sahəsində fəaliyyət göstərən yaradıcı şəxsləri bir araya gətirəcək “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcəkdir.
Festivalın əsas məqsədi yaradıcı şəxsləri bir platformada birləşdirmək, istedadları tanıtmaq və onların beynəlxalq arenada tanınmasına şərait yaratmaqdır.
Tədbir çərçivəsində panel müzakirələr və interaktiv sessiyalar, tanınmış beynəlxalq spikerlərin təqdimatları, ustad dərsləri və seminarlar, “Baku Flames Mükafatlandırma Mərasimi” və s. baş tutacaqdır. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Yaradıcı Market”in məhsulları “Baku Flames” festivalı çərçivəsində ziyarətçilərin diqqətinə təqdim olunacqdır.
Bu il ilk dəfə olaraq  hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan “Young Lions Azerbaijan” yaradıcılıq müsabiqəsi də “Baku Flames” festivalı çərçivəsində keçiriləcək. 
Növbəti “Young Lions” müsabiqəsində komandalar təqdim olunmuş xülasə əsasında “Film”, “Dizayn” və “Print” olmaqla üç kateqoriya üzrə mübarizə aparacaqlar.
“Print” kateqoriyası üzrə xülasə Pasha Malls, “Film” kateqoriyası üzrə xülasə Mədəniyyət Nazirliyinin “Yaradıcı Mərkəz” layihəsi və “Dizayn” kateqoriyası üzrə xülasə isə Code Academy tərəfindən komandalara təqdim olunmuşdur. 
Təqdim olunan işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Qaliblər 2025-ci il 16–20 iyun tarixlərində Fransanın Kann şəhərində baş tutacaq dünyanın ən nüfuzlu reklam festivalı olan “Cannes Lions”-da iştirak hüququ əldə edəcəklər.
Təxminən 1500 iştirakçının qatılacağı “Baku Flames” festivalı yaradıcı şəxslər, agentliklər və gənc istedadlar üçün ideya mübadiləsi və əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Qeyd edirik ki, bu festival Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.
Ətraflı məlumat üçün: www.bakuflames.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri