Icma.az
close
up
RU
“Baku Flames” regionun yaradıcılıq səhnəsini işıqlandırmağa gəlir! FOTO/VİDEO

“Baku Flames” regionun yaradıcılıq səhnəsini işıqlandırmağa gəlir! FOTO/VİDEO

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” ilə regionda yaradıcılıq və effektivlik sahəsində yeni bir dövr başlayır. 2025-ci ilin 2-3 may tarixlərində “Jolly Joker Baku”da baş tutacaq festival Azərbaycanın ən mühüm yaradıcılıq tədbiri olmaqla yanaşı, regiondakı kreativ sənayeni yüksəltmək, rəqabəti artırmaq və bu sahələrdəki istedadları tanıtmaq məqsədi daşıyır.

İnteraktiv təlimlər və sessiyalar, panel müzakirələri və netvörkinq imkanlarını özündə birləşdirən proqram sayəsində festival Azərbaycanın və dünyanın müxtəlif yerlərindən gəlmiş yaradıcı mütəxəssisləri, marketinq liderlərini və yeni istedadları bir araya gətirəcək. 2 gün davam edəcək festivalın proqramı isə aşağıdakı kimidir:
○ Regionun və dünyanın tanınmış yaradıcı mütəxəssisləri ilə panel müzakirələri;
○ Əyləncəli oyunlar, “happy hour” seansları və netvörkinq üçün imkanlar;
○ “Young Lions Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılması və gənc istedadların tanıtımı;
○ Dünya miqyasında tanınmış spiker və marketinq liderlərinin təqdimatında ilhamlandırıcı çıxışlar;
○ Festivalın ən önəmli hadisəsi — “Baku Flames Mükafatlandırma Mərasimi”ndə yaradıcı və effektiv işlərin mükafatlandırılması.

Festivalın önəmli və gözlənilən hadisələrindən biri də, şübhəsiz, “Baku Flames Mükafatlandırma Mərasimi”dir. Bu möhtəşəm tədbir festivalın ikinci günündə ən yaradıcı, innovativ və effektiv kampaniyaları, eləcə də fərqli ideyaları və istedadları təltif edəcək. Kateqoriyalar üzrə namizədlər beynəlxalq münsif heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər festivalın 2-ci günündə elan olunacaq. Qeyd edək ki, erkən müraciət mərhələsi yanvar ayının sonunda açıq elan ediləcək və həmin tarixdən etibarən festival biletləri də www.bakuflames.az ünvanında satışa təqdim olunacaq.

“Baku Flames” yalnız festival deyil, həm də yaradıcılığın inkişaf etdirilməsi üçün platformadır. “Əsas missiyalarımızdan biri regionumuzda parlayan istedadların ehtiyacı olduğu səhnə imkanını yaratmaqdır. Özümüzə və gənc istedadlara dəyər verdiyimiz zaman yüksələcəyik. Bundan əlavə, festivalın seçim meyarları və strukturu son dərəcə dəqiq və detallı hazırlanıb, bu isə onu regionda daha xüsusi edir”, — deyə festivalın təşkilatçılarından Orxan Kərimov qeyd edib. Orxan Kərimov regionda və beynəlxalq festivallarda 10 ildən çox təcrübəyə malikdir.

Qeyd etdiyimiz kimi, festival çərçivəsində tanınmış mütəxəssislərin təqdimatları, panel müzakirələri və interaktiv sessiyaları baş tutacaq. Hələ ki, festivalda iştirakı təsdiqlənən şəxslər arasında “MENAP Impact BBDO”nun Baş kreativ direktoru Ali Rez və “Publicis Groupe” şirkətinin Hollandiya və Belçika üzrə Baş kreativ direktoru Eduardo Marques yer alır. Spikerlərin siyahısı və festivalın ətraflı proqramı “Baku Flames”in sosial media kanalları və veb-saytı vasitəsilə açıqlanacaq.

Festival yaradıcı mütəxəssisləri, agentlikləri, markaları və marketoloqları, ən əsası isə gənc istedadları bu tədbirdə iştirak etməyə dəvət edir. Təxminən 1500 iştirakçının qatılacağı “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” regionun ideya, əməkdaşlıq və ilham mənbəyi olmağa hazırlaşır.

Bu əhəmiyyətli tədbirin bir hissəsi olmaq istəyirsinizsə, aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Ətraflı məlumat və əlaqə üçün:

www.bakuflames.az

[email protected]

+994 55 703 11 20

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://report.az
archiveBu xəbər 08 Yanvar 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see276

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see208

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see201

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see186

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see184

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see166

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see162

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see160

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see154

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see152

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see147

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see144

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri