“Azercell” tətbiqində yeni “Oyun” bölməsi istifadəyə verilir
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. “Azercell”mobil tətbiqində istifadəyə verilən yeni “Oyun Portalı”müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir.
Şirkət bu istiqamətdə fərqli maraqlara uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirməyi hədəfləyir.
İlkin mərhələdə “Oyun Portalı” bölməsində 10-dan çox oyun, turnirlər və günlük abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunlardan ödənişsiz yaralana, turnirlərdə iştirak edərək hədiyyələr qazana biləcəklər.
15 sualdan ibarət olan viktorina oyununda isə iştirakçılar düzgün cavablar əsasında müxtəlif səviyyələri keçərək internet paketləri qazanmaq imkanı əldə edəcəklər. Hədiyyələr müəyyən sayda düzgün cavaba çatdıqda təqdim olunacaq.Abunəlik haqqı gündə 1 oyun cəhdi üçün 0,50 AZN, əlavə hər cəhd üçün isə 0,40 AZN təşkil edir. Abunəçilər gün ərzində 4 dəfə əlavə cəhd əldə edə bilərlər.
Azercell “Oyun Portalı”nı mərhələli şəkildə inkişaf etdirərək istifadəçilərə daha geniş oyun seçimi və yeni rəqəmsal əyləncə imkanları təqdim etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:251
Bu xəbər 06 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















