“Azərenerji”nin 2 əməkdaşı işıq dirəyindən yıxıldı, biri öldü
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabirabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Novruz Yarməmməd oğlu Manafov və 1998-ci il təvəllüdlü Aqşin Gülağa oğlu Gülməmmədov elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb.
Digər yaralı A. Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.
Qeyd edək ki, hər iki sakinin “Azərenerji”nin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:47
Bu xəbər 30 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















