Icma.az
close
up
RU
“AzerGold” İnstitutla növbəti Anlaşma Memorandumu imzaladı

“AzerGold” İnstitutla növbəti Anlaşma Memorandumu imzaladı

Icma.az bildirir, Modern.az portalına istinadən.

 “AzerGold” QSC ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və İnstitutun baş direktoru, akademik Akif Əlizadə imzalayıblar.

Modern.az xəbər verir ki, Memorandum Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində elmin, iqtisadiyyat və sənayenin inkişafındakı roluna dair müəyyən etdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət edir. Sənəd hər iki qurumun elm və sənaye arasında əməkdaşlığının yeni mərhələyə keçidini təmin edəcək.

Anlaşma Memorandumu elmi-texniki əməkdaşlığın genişləndirilməsi, yer təkinin tədqiqi sahəsində innovativ fəaliyyətlərin təşviqi, nəcib, əlvan və qara metal filiz yataqlarının geoloji-geofiziki öyrənilməsi, dağ-mədən sahəsi üzrə ixtisaslaşmış kadr potensialının formalaşdırılmasına dəstək, eləcə də məsləhət və texniki təlim xidmətlərinin təşkili kimi mühüm istiqamətləri əhatə edir.

Sənəd çərçivəsində ölkə ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qızıl filizləşməsinin tədqiqi və qiymətləndirilməsi, regiondakı qızıl yataqlarının müqayisəli mineraloji və geokimyəvi təhlilinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Bununla yanaşı, innovativ texnologiyaların tətbiqi əsasında həmin ərazilərin müasir geoloji və tektonik xəritələrinin hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında ilk Anlaşma Memorandumu 2016-cı ildə imzalanıb. Həmin sənəd çərçivəsində institut alimləri tərəfindən istehsalat tullantılarının sənayedə istifadəsi perspektivlərinə dair elmi əsaslandırılmış yanaşmalar hazırlanıb. İnstitutun alim və mütəxəssislərinin intellektual potensialından Cəmiyyətin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə olunub. Bu əməkdaşlıq nəticəsində ölkənin qızıl yataqları üzrə müasir geoloji-genetik modellər işlənib hazırlanıb və həmin modellər hazırda da “AzerGold” QSC-nin geoloqları tərəfindən proqnozlaşdırma və planlaşdırma proseslərində uğurla tətbiq olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Fevral 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri