Icma.az
close
up
RU
“AzerGold” QSC və RİİB Daşkəsəndə aksiya keçirib

“AzerGold” QSC və RİİB Daşkəsəndə aksiya keçirib

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” devizi altında təmizlik aksiyası keçirilib.

Ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunmasının təşviqi məqsədilə təşkil olunan tədbirdə QSC-nin əməkdaşları və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri iştirak ediblər.
Tədbir çərçivəsində aksiya iştirakçıları tərəfindən Qoşqarçayın sahilləri boyunca yerləşən, ümumilikdə təxminən 2 hektar ərazi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər məişət tullantılarından təmizlənib. Toplanmış tullantılar çeşidlənərək təkrar emala göndərilib. 

Qeyd edək ki, “AzerGold” QSC ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən dövlət şirkəti olaraq hasilat və istehsal proseslərini yerli və beynəlxalq ekoloji standartlara uyğun şəkildə həyata keçirməklə yanaşı, regionlarda mütəmadi olaraq ekoloji yönümlü layihələr reallaşdırır. Şirkətin təşəbbüsü ilə hər il kütləvi ağacəkmə, yaşıllaşdırma və təmizlik aksiyaları təşkil olunur. 

Xatırladaq ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən 2026-cı il üçün “İqlim dəyişikliyi” mövzusu müəyyənləşdirilib. Azərbaycanın ev sahibliyi etdiyi builki qlobal kampaniya iqlim dəyişikliklərinin ətraf mühitə və insanların həyatına təsirləri barədə məlumatlılığın artırılmasını, iqlim fəaliyyətinin gücləndirilməsini və dayanıqlı inkişaf təşəbbüslərinin təşviqini hədəfləyir. Kampaniya çərçivəsində #NowForClimate çağırışı irəli sürülür.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2026 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri