Azergold”da rəhbərliyin fantastik maaşları: sədr və müavinlər hər ay 49,6 min dollar əmək haqqı alır
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
”AzerGold” rəhbərliyinin ötən il üzrə qazancı məlum olub.
Mia.az Valyuta.az-a istinadla xəbər verir ki, 2023-cü ildə dövlət şirkəti sədr və sədr müavinlərinə ümumilikdə 2,2 milyon dollar ödəniş edib.
Bu ödənişlərin 258 min dolları əmək haqları, 413 min dolları sosial sığorta ödəmələri, 1 milyon 530 min dolları isə qısamüddətli mükafatlar təşkil edib. Sosial sığorta ödəmələri çıxıldığı halda "Azergold” rəhbərliyinin birbaşa əldə etdiyi vəsait 1 milyon 788 min dollar təşkil edib.
"Azergold”un sədri Zakir İbrahimov, müavinləri - Xəyyam Fərzəliyev və İlqar Cəlilovdur. Yəni, rəhbər heyət 3 nəfərdən ibarətdir. Bu isə o deməkdir ki, orta hesabla Zakir İbrahimov və müavinlərinin bir illik gəliri 596 min dollar, aylıq gəliri isə 49,6 min dollardır.
2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 905 min dollar və 75,4 min dollar təşkil edib.
Qeyd edək ki, Zakir İbrahimov İqtisadiyyat naziri Mikayıl Cabbarovun qohumudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Dekabr 2024 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















