Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinə növbəti dəfə xəbərdarlıq edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Müdafiə Nazirliyi Suriya Demokratik Qüvvələrinə növbəti dəfə xəbərdarlıq edib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazirliyin açıqlamasında Suriya Demokratik Qüvvələrinin (SDG) mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addımlar atmadığı qeyd olunub.
“Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərərsə, Türkiyə dəstək verəcək. SDG desentralizasiya və federalizm tələblərini səsləndirməyə davam edir və mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmır. Daha əvvəl də vurğuladığımız kimi, SDG-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyünə və sabitliyinə zərər vurur. Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərməyə qərar verərsə, Türkiyə ona dəstək olacaq”- deyə nazirliyin açıqlamasında bidirilib.
Bundan əlavə bildirilib ki, Suriya hökuməti ilə “Tək dövlət, tək ordu” prinsipi əsasında yaxın əməkdaşlıq davam etdirilir, inteqrasiya prosesi isə yaxından izlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 31 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















