Icma.az
close
up
RU
Azəri ifadəsi bizi milli kimlikdən uzaqlaşdırır SƏBƏBLƏR

Azəri ifadəsi bizi milli kimlikdən uzaqlaşdırır SƏBƏBLƏR

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Jurnalist Əfsələddin Ağalarov  (@efseleddin) yazır:

Murad Arif istedadlı, yenilikçi və intellektual bir sənətçidir. Şübhəsiz ki, bu keyfiyyətlər onun televiziya təcrübəsi ilə də sıx bağlıdır. Əbəs yerə demirlər ki, jurnalistika şövqü bir dəfə cana girdisə, asanlıqla çıxmaz.

O, təkcə bu xüsusiyyətlərinə görə deyil, həm də maddi azadlığını təmin etmiş bir sənətçi kimi fərqlənir. Görünür, bu uğura da layiqdir.Yaşadığımız cəmiyyətin spesifikasında maddi azadlıq, insanın düşüncə tərzini tamamilə dəyişə və ya fərqləndirə bilir. 

Murad Arifin "Azəri” ifadəsində problem görməməsi və bu məsələyə daha dayaz yanaşması, bəlkə də, bu sosial-psixoloji amillərlə əlaqəlidir.

Əslində "Azərbaycanlı” və "Azərbaycan türkü” ifadələri tarixin süzgəcindən keçmiş, milli kimliyi dərk etmək üçün formalaşmış anlayışlardır.

Azərbaycan Respublikasının vətəndaşı olan hər kəsə — etnik mənsubiyyətindən asılı olmayaraq — azərbaycanlı deyilir. Bu, həm birləşdirici, həm də ideoloji yüklü bir termindir.

Tarixi və mədəni kontekstdə isə — İranda, Gürcüstanda, Türkiyədə yaşayan soydaşlarımız da daxil olmaqla — Azərbaycan türkü ifadəsi daha uyğun və əhatəlidir. Bu termin ortaq mədəniyyətə, dilə və mənsubiyyətə işarə edir. Həm də siyasi ağırlığı var. Orada - uzaqlarda yaşayan soydaşları rəsmi Bakıyla birləşdirir. 

Bu ifadələrin hər ikisi alidir. 

"Azəri” termini isə təhlükəli və xətalıdır. Bu təkcə bir qısaltma deyil.

Çünki onun altında bölücülük meyilləri yatır. Bu, heç kimə sirr deyil — sovet dövründə bu termin məhz milli kimliyi unutdurmaq məqsədilə ortaya atılmış və təəssüf ki, müəyyən dərəcədə də uğur qazanmış ideoloji proyektin bir hissəsi idi.  "Azəri” termini Sovet ideologiyası dövründə etnik identifikasiyanı bölmək məqsədilə yaradılmışdı.

Dəyərli sənətçiyə fikir plüralizminə töhfə verdiyi üçün təşəkkür düşür. Amma yaxşı olardı ki, bu məsələyə münasibət bildirərkən Ulu Öndər Heydər Əliyevin və şair Bəxtiyar Vahabzadənin çıxışlarına da diqqətlə qulaq versin.

Ulu Öndər Konstitusiyada "Azərbaycan dili” ifadəsinin işlənməsini təkidlə müdafiə edirdi. Bu mövqeyin arxasında bir məqsəd dayanırdı: ifadənin dəqiqliyi və dövlətin suverenliyinin vurğulanması. Çünki müstəqil bir dövlət, dilini "ləhcə” kimi təqdim edə bilməz. Əgər belə bir yanaşma olsa, o zaman suverenlikdən də danışmaq çətin olar.

Bu tarixi qərar, günümüzdə siyasi masalarda öz təsdiqini tapır.

Yeri gəlmişkən, İlbər Ortaylı da bu mövzuda bizə əvəzsiz yaxşılıq etmiş bir dühadır. Onun 2017-ci ildəki "Azəri deməyin!" tarixi əsaslı çıxışı böyük coşqu ilə qarşılanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 06 Avqust 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri