Icma.az
close
up
RU
“Azərin yasında bəzi gözlədiyim simalar yox idi”

“Azərin yasında bəzi gözlədiyim simalar yox idi”

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

“Azərin yasında bəzi gözlədiyim simalar yox idi”

Aparıcı İlkin Həsəni növbəti dəfə mərhum dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat yayıb:

“Həyat bəzən bizə çox ağır imtahanlar verir. Bu yaxınlarda böyük bir itki yaşadım: yaxın dostum Azər, uzun sürən böyrək çatışmazlığından sonra bu dünya ilə vidalaşdı. Onun itkisi məni dərin düşüncələrə saldı, həyatı daha yaxından anlamağıma səbəb oldu. Üç gün süni tənəffüs aparatına qoşulu qaldığı zaman, yerli media onu “öldürüb - dirildəndə”, biz xəstəxananın soyuq divarları arasında yalnız bir möcüzə ümidi ilə göz yaşlarımızı gizlədə-gizlədə gözləyirdik. O günlər xəstəxanaya çox insan axın etdi. Bəzi tanış simalar, dostlar və bəzi yad insanlar. Hamının üzündə qəribə bir kədər var idi. Dualar, yalvarışlar havada dolaşır, amma bir fayda etmirdi. Yanvarın 5-i səhər... Azər evə buraxıldıqdan sonra gözlərim qarşısında son nəfəsini verdi. O an həyatımda ilk dəfə bu qədər böyük bir dünyanın dayandığını hiss etdim, dostlarımın hönkür-hönkür ağladığını ilk dəfə idi ki, gördüm. Azərin bu qədər sevildiyini, onun xatirəsinə təmənnasız sevgi göstərilən anların şahid oldum. Xəstəxanaya böyrək donoru olmaq üçün yetişənlərdən tutmuş, səhər 9-da qəbrinə gül dəstələri düzən tamaşaçılara qədər... Azəri son dəfə gördüm. Böyük sevincimizi, kədərimizi paylaşdığımız insan, indi qarşımda susurdu. Onun bədənindəki gizli yaraları gördüm, amma bu yaralar yalnız fiziki deyildi, son illər hamıdan gizlətdiyi acılarını simvolizə edirdi. Azərin yas mərasiminə 900-ə yaxın insan gəldi. Heç gözləmədiyim insanlar oradaydı, amma bəzi gözlədiyim simalar yox idi. Bəlkə də onların daha vacib işləri var idi...  Bu da bir dərsdir. Bu bir neçə gün ərzində bir neçə il böyüdüm. Həyat kitabının yazılmamış qanunlarını oxudum. Bəzən şərin, kədərin öyrətdiyi dərsə doymalı oluruq, bilirəm ki, həyat davam edir. Zaman hər yaranı sağaldacaq amma bəzi anlar, bəzi insanlar var ki, onları heç vaxt unutmaq mümkün deyil. Azik, cənnətdəsənsə, bilirəm, indi orada da 2-3 gündür tanıdığın adamlarla deyib-gülüb, arada onları “darıxma” deyə-deyə yola verirsən.  Biz isə darıxırıq, sevirik, unutmuruq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://olay.az
archiveBu xəbər 08 Yanvar 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri