Masazırda gölün ətrafında tikilən evləri su basıb: 200 dən çox sakin evini tərk edib Video
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Abşeron rayonu, Masazır qəsəbəsi, Asif Həsənov küçəsində yerləşən Qır gölünün daşması ərazidə yaşayan sakinlər üçün ciddi problemə çevrilib. Gölün ətrafında və bir hissəsində tikilən evlər yağışlı havalarda su altında qalır.
Sakinlərin sözlərinə görə, ötən ilin mart ayında yağan yağışlardan sonra ərazini su basıb, 200-dən çox sakin kirayə mənzillərə köçmək məcburiyyətində qalıb. Onlar bildirirlər ki, evlərin bir çoxunun çıxarışı olsa da, gölün ərazisində tikintiyə kimin icazə verdiyi məlum deyil.
Sakinlərdən biri qeyd edib ki, təxminən 10 il əvvəl evini tikəndə ərazi quru olub, lakin sonradan suyun səviyyəsi yüksələrək yaşayış sahələrini təhlükə altında qoyub. Ərazidə suyun çəkilməsi üçün quraşdırılan nasosun hazırda işləmədiyi də bildirilir.
Məsələ ilə bağlı aidiyyəti qurumun nümayəndəsi bildirib ki, gölün yaşayış olan hissəsində bəndlər qurulub, ərazidə subasma hallarının qarşısının alınması üçün nasoslar quraşdırılıb və əlavə nasosların quraşdırılması da nəzərdə tutulur. Onun sözlərinə görə, gölün daşmasına normadan artıq yağıntı səbəb olub. Ərazidə əvvəllər tikintiyə kimin icazə verdiyi ilə bağlı isə nümayəndə məlumat verə bilməyib.
Baxış sayı:162
Bu xəbər 23 Oktyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















