Azərişıq ın gənc mütəxəssisləri Qırğızıstanda qalib oldu (FOTO/VİDEO)
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qırğızıstanda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında "Peşə ustalığı yarışları” keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycanı bu yarışda "Azərişıq” ASC 6 nəfərlik heyətlə təmsil edib.
Açılış mərasimində Qırğızıstan Respublikasının energetika nazirinin müavini Usenova Nazgül Jorobelovna və "Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin sədri Altınbek Rısbekov komandaları salamlayıblar. Türk dövlətlərinin qədim tarixindən danışılıb, bu yarışların onlar arasındakı dərin bağları daha da möhkəmləndirəcəyi vurğulanıb.
3 mərhələ üzrə 2 gün ərzində keçirilən "Peşə Ustalığı Yarışları”nda "Azərişıq” ASC-nin komandası "Ən yaxşı iş icraçısı” və "Ən yaxşı hakim işi” nominasiyaları üzrə bütün rəqiblərini üstələyərək qalib olublar. Ümumi nəticədə gənc energetiklərimiz yarışı 3-cü pillədə başa vurublar.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında "Peşə ustalığı yarışları” ilk dəfə "Azərişıq” ASC-nin təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Hadrutda keçirilib. Növbəti yarışlar bu ilin oktyabrında Özbəkistanda təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 İyul 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















