Icma.az
close
up
RU
“Azərişıq” ASC nin gənc mütəxəssisləri “KazanEXPO” sərgisində FOTO/VİDEO

“Azərişıq” ASC nin gənc mütəxəssisləri “KazanEXPO” sərgisində FOTO/VİDEO

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

2-4 aprel tarixlərində Tatarıstanın paytaxtı Kazanda “Enerqoprom-2025” beynəlxalq forumu və “KazanEXPO” sərgisi təşkil olunub.

"Unikal" xəbər verir ki, MDB ölkələrindən energetika nazirliklərinin rəhbər şəxsləri, 60-dan çox istehsalçı şirkətin qatıldığı tədbirdə “Azərişıq” ASC xüsusi info-stend formatında iştirak edib. 

EXPO sərgi meydançasında infoqrafik və interaktiv stenddə Azərbaycanın paylayıcı şəbəkələrində son 10 il ərzində əldə edilən texnoloji, iqtisadi nailiyyətlər, Yaşıl Enerji Zonası olan Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Azərbaycanın digər bölgələrində həyata keçirilmiş yaşıl texnologiyaların tətbiqi, innovativ layihələr təqdim olunub. “Azərişıq” ASC-nin “35/0,4 kV” müasir şəbəkə modeli və ölkənin paylayıcı şəbəkələri tərəfindən tətbiq edilən smart həllər pavilyonun ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. 

Üç gün davam edən tədbirdə "Azərişıq" ASC-nin gənc mütəxəssisləri "Azərişıq: Müasir enerji effektivliyi və imkanlar" mövzusunda təqdimat hazırlayıb, həmçinin "Texnoloji müstəqillik və rəqəmsal transformasiya" mövzusunda keçirilən elmi-texniki konfransda iştirak ediblər. 

“Azərişıq” ASC-nin info stendini ziyarət edənlər arasında Tatarıstan Respublikasının rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının Energetika naziri Sergey Tsivilev, “Enerqoprom-2025” beynəlxalq enerji forumu və “KazanEXPO” sərgisinin digər fəxri qonaqları yer alıblar. Onlar gənc mütəxəssislərlə sual-cavab edib, qonaqlara Azərbaycanın təmsil olunduğu stend barədə ətraflı məlumatlar verilib.   

Enerji Forumu çərçivəsində Kazanda Rusiya Federasiyasının Energetika naziri Sergey Tsivilevin sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin Elektrik Energetikası Şurasının 66-cı iclası keçirilib. Tədbirdə Azərbaycan enerji sisteminin son illərdə əldə etdiyi nailiyyətlər barədə hesabatlar dinlənilərkən enerji infrastrukturunun bərpası üçün göstərilən böyük həcmli işlər, ekoloji və sosial aspektlər vurğulanıb.

Təbirin son günündə bağlanış mərasimində iştirakçı ölkələrin gənc mütəxəssisləri müxtəlif diplom və mükafatlarla təltif olunub. 

Qeyd edək ki, Enerqoprom-2025” beynəlxalq forumu və “KazanEXPO” sərgisinin təşkil olunmasında əsas məqsəd beynəlxalq elektroenergetika müəssisələrinin nümayəndələrinin təcrübə mübadiləsi keçməsi və qarşılıqlı əməkdaşlığa cəlb edilməsidir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Aprel 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri