“Azərişıq” sədri Gəncədə vətəndaşlarla görüşüb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncədə vətəndaşlarla görüş keçirib. Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində baş tutan tədbirdə Gəncə, Samux, Göygöl və Daşkəsəndən olan sakinlər iştirak ediblər.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Gəncədəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 20 Noyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















