“Azərkosmos”un beynəlxalq hüquqi razılaşması
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə əməkdaşlıq edəcək. Bununla bağlı 2026-cı il oktyabrın 7-də Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
“Azərkosmos”dan verilən məlumata əsasən, sənədin imzalanmasında əsas məqsəd kosmik hüquq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və kosmosda hüququn aliliyinin gücləndirilməsidir. Memorandum çərçivəsində tərəflər kosmik hüquq üzrə tədbirlərin birgə təşkili, kosmik hüququn universitetlərin akademik proqramlarına inteqrasiyası, eləcə də kosmik hüququn aktual məsələləri və inkişaf istiqamətləri üzrə məlumat və təcrübə mübadiləsi sahələrində əməkdaşlıq etməyi nəzərdə tuturlar. Sənəd, həmçinin kosmik hüquq üzrə maarifləndirmə fəaliyyətlərinin təşviqini də nəzərdə tutur.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanda kosmik qanunvericiliyin və tənzimləyici çərçivənin inkişaf etdirilməsi ilə bağlı ekspert məsləhətlərinin və tövsiyələrinin verilməsi olacaq. Bu məqsədlə “Azərkosmos”un hüquqşünasları və Beynəlxalq Kosmik Hüquq İnstitutunun müstəqil ekspertlərindən ibarət birgə ekspert işçi qruplarının yaradılması da nəzərdə tutulur.
Bütövlükdə, memorandum ölkəmizdə kosmik fəaliyyətin hüquqi və institusional əsaslarının inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və kosmik hüquq sahəsində peşəkar potensialın gücləndirilməsi istiqamətində əməkdaşlıq üçün ümumi çərçivə yaradacaq.
Qeyd edək ki, Beynəlxalq Kosmik Hüquq İnstitutu kosmik hüquq sahəsində fəaliyyət göstərən müstəqil beynəlxalq təşkilatdır. Qurum BMT-nin Kosmosun Dinc İstifadəsi üzrə Komitəsində daimi müşahidəçi statusuna malikdir.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 10 Oktyabr 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















