Icma.az
close
up
RU
“Azərlotereya”nın idarəetməyə verildiyi şirkətin İdarə Heyətinin üzvü HƏBS EDİLDİ

“Azərlotereya”nın idarəetməyə verildiyi şirkətin İdarə Heyətinin üzvü HƏBS EDİLDİ

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Dəmirörənin qardaşı, “Demirören Holding”in İdarə Heyətinin üzvü Fikret Tayfun Demirörən həbs olunub.

AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fikret Tayfun Demirörən “qarşılıqsız çek” əməliyyatlarına görə saxlanıb. Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, bu cür hallarda hüquqi məsuliyyət yaranır və bəzi hallarda həbs cəzası tətbiq oluna bilər. Tayfun Demirörənin özünə məxsus “Mikare Real Estate” şirkətindəki ticarət fəaliyyətindən irəli gələn məsələ ilə bağlı həbs edildiyi bildirilir.

Belə ki, İstanbul 15-ci İcra Cəza Məhkəməsinin iki ayrı qərarında Fikret Tayfun Demirören haqqında qarşılıqsız çek verdiyi iddiası ilə cəza qərarı çıxarılıb. Yekun qərarlara görə, Fikret Tayfun Demirören 10 yanvar 2024-cü ildə 43 milyon 700 min TL dəyərində qarşılıqsız çekdən istifadə edib. Daha sonra, 5 fevral 2024-cü ildə 22 milyon 770 min TL-lik qarşılıqsız çek istifadə edilib. Əks tərəf icra məhkəməsinə müraciət edib. Məhkəmənin 22 noyabr 2024-cü ildə qanuni qüvvəyə minmiş iki qərarında Fikret Tayfun Demirören üçün cəmi məhkəmə cəriməsinin 66 milyon 770 min TL olduğu qeyd edilib.

Son qərardan sonra Tayfun Demirören ailəsi ilə görüşmək üçün yanvarın 15-də gecə yarısı İstanbul Hava Limanına gedib. Cinayət dəftərinin yoxlanılması zamanı axtarış qeydi üzə çıxanda polis Demiröreni saxlayıb. İstanbul Hava Limanı Şöbə Müdirliyi qrupları Tayfun Demiröreni cəza əməliyyatları üçün İstanbul Respublika Baş Prokurorluğuna göndərib. Tayfun Demirören qarşılıqsız çek cəzasını çəkmək üçün həbsxanaya göndərilib.

“Demirören İnvestisiya Holding”indən məsələ ilə bağlı açıqlama verilib. Bildirilir ki, Tayfun Demirörenlə bağlı baş verənlər “Demirören İnvestisiya Holding”ində “böyük kədərə səbəb olub”: “Əminik ki, Türkiyə məhkəməsinə həvalə edilmiş bu məsələ ədalətli şəkildə yekunlaşacaq” – deyə açıqlamada qeyd edilir. “Demirören İnvestisiya Holding”indən verilən açıqlamada qeyd edilir ki, sözügedən şirkət Tayfun Demirörənə məxsusdur: “O, həmçinin bu şirkətlə bağlı bütün sərmayələrə və borclara cavabdehdir. Dəmirören Yatırım Holdinqin iddia mövzusu olan kommersiya fəaliyyəti ilə heç bir əlaqəsi və ya borcu yoxdur”.

Qeyd edək ki, “Demirören İnvestisiya Holding”inin adı Azərbaycan üçün yad deyil. Belə ki, “Azərlotereya” ASC müqavilə əsasında “Demirören İnvestisiya Holding”ə idarəetməyə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Fevral 2025 01:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri