“Azeronline” yüksək sürətli internet performansı üzrə lider mövqeyini gücləndirir
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan “Azeronline” sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) 2026-cı ilin fevral ayı üzrə dərc etdiyi rəsmi hesabatda ölkə üzrə internet performansının əhəmiyyətli dərəcədə yaxşılaşdığı qeyd olunur. Hesabata əsasən, sabit genişzolaqlı internet üzrə median yükləmə sürəti 91.38 Mbps, yükləmə sürəti isə 93.12 Mbps təşkil edib, gecikmə isə 4 ms səviyyəsində olub.
Eyni hesabatda provayderlər sürət kateqoriyaları üzrə təsnif edilərkən “Azeronline” 150 Mbps və daha yüksək sürət göstəricisi ilə ən yüksək kateqoriyada yer alıb . Bu nəticə şirkətin yüksək performanslı fiber-optik infrastruktur və müasir texnoloji həllər üzərində qurulmuş şəbəkəsinin effektivliyini bir daha təsdiqləyir.
Qeyd edək ki, ölkə üzrə internet sürətində son dövrlərdə müşahidə olunan artım ümumi rəqəmsal transformasiya prosesinin tərkib hissəsidir. 2026-cı ilin fevral göstəricilərinə əsasən Azərbaycan üzrə sabit genişzolaqlı internet sürətləri yüksək səviyyəyə çatmış və bu dinamika ölkədə rəqəmsal infrastrukturun inkişafını əks etdirir.
“Azeronline”ın texnoloji yanaşması bu müsbət dinamikanın formalaşmasında mühüm rol oynayır. Şirkət tərəfindən həyata keçirilən şəbəkə modernizasiyası, fiber-optik genişlənmə və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi nəticəsində istifadəçilərə daha stabil, sürətli və aşağı gecikməli internet xidmətləri təqdim olunur.
Onu da bildirək ki, hesabat beynəlxalq Ookla Speedtest Intelligence platformasının məlumatları əsasında hazırlanır və ölkə üzrə internet xidmətlərinin obyektiv qiymətləndirilməsini təmin edir.
“Azeronline” bundan sonra da şəbəkə imkanlarını genişləndirmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq istiqamətində inkişafını davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 22 Aprel 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















