“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Icma.az bildirir, Marja.az portalına istinadən.
“Azeronline LTD” BM noyabrın 7-də Ağdaş şəhəridə keçiriləcək Heyva Festivalının rəqəmsal tərəfdaşı kimi çıxış edəcək.
Aparıcı internet provayderlərindən biri olan “Azeronline” festival ərazisinin internetlə təmin etməklə yanaşı, xüsusi stendlə təmsil olunacaq. Festival üçün hazırlanmış “Dünyaya bizimlə bax!” interaktiv stendində ziyarətçilər şirkətin yeni məhsul və layihələri, eləcə də əlavə internet avadanlıqları ilə yaxından tanış ola biləcəklər. Stenddə, həmçinin oyun zonası, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər təqdim olunacaq.

Festival ərazisini yüksəksürətli internetlə təmin etməklə “Azeronline” telemetriya və yerli istehsalçıların rəqəmsallaşmasına xidmət edən digər həllərin təqdimatını dəstəkləyəcək. Şirkət bu tərəfdaşlıqla kənd təsərrüfatında rəqəmsal texnologiyaların inkişafını təşviq etməyi və ölkənin rəqəmsal ekosisteminin güclənməsinə töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, Ağdaş rayonu ərazisi 100% “Azeronline”ın yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə olunub.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) mütəmadi dərc etdiyi hesabatlara əsasən son 11 ay ərzində “Azeronline” 150 Mbit/s və daha yüksək sürət göstəricisi ilə provayderlər arasında ən yüksək kateqoriyada yer alıb.
Xatırladaq ki, “Azeronline LTD” BM 2024-cü ildə uğurla tamamlanmış “Onlayn Azərbaycan” megalayihəsinin əsas operatorlarından biri kimi çıxış edib. Layihənin məqsədi, ölkənin ən ucqar yaşayış nöqtələri də daxil olmaqla bütün bölgələrdə əhali və təşkilatların yüksəksürətli internetə çıxışını təmin etmək olub. Dörd il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb və nəticədə ölkə sabit genişzolaqlı internetlə tam əhatələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 06 Noyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















