Azərşəkər in rəhbərinin məhkəməsi başa çatdı
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, eləcə də onunla birgə ittiham olunan Ruslan Ələsgərov və Əvəz Süleymanovun cinayət isinin növbəti məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən proses zərərçəkənin nümayəndəsinin iştirakı olmadan keçirilib. Hakim sənədlərin tədqiqi mərhələsinin başa çatdığını bildirərək məhkəmə istintaqının yekunlaşdığını elan edib.
Növbəti proses noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə istintaqa cəlb olunublar.
Anar Mehdiyev "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini 2024-cü ilə qədər icra edib.
Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.
Cinayət işi üzrə "Azərşəkər" MMC və "Dastan Agro" MMC zərərçəkmiş kimi tanınıblar.
Cinayət işi üzrə dəymiş ziyan ödənildiyi onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Oktyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















