“Azərsun Holdinq” Gəncə Dövlət Aqrar Kollecində infosessiya keçirib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncə, 27 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Aqrar Kollecində (GDAK) “Azərsun Holdinq”in nümayəndələrinin iştirakı ilə tələbələr üçün infosessiya təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollecin direktoru Fəqan Ağayev çıxışında bu cür görüşlərin dövlət-özəl sektor arasında əməkdaşlığın vacib elementi olduğunu vurğulayaraq, tələbələri bu imkanlardan yararlanmağa dəvət edib.
“Azərsun Holdinq”in İnsan resursları şöbəsinin rəhbəri Nicat Bağırov holdinqin fəaliyyəti və imkanları barədə tələbələri məlumatlandırdıqdan sonra, kənd təsərrüfatı üzrə direktor Bayram Maviş fəaliyyət istiqamətlərindən və perspektivlərdən bəhs edib. O, müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı, müasir texnologiyaların tətbiqi və davamlı inkişaf strategiyaları haqqında da danışıb. İstedadların idarə olunması və işçi təcrübəsi şöbəsinin müdiri Səadət Əliyeva isə karyera imkanları, bacarıqların inkişafı və təcrübə proqramları haqqında məlumatları paylaşıb.
Görüşdə tələbələrin sualları cavablandırılıb, əməkdaşlıq çərçivəsində atılacaq növbəti addımlar müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 27 May 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















