Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Azərvaycanda heç kəsin borcu OLMAYACAQ

Azərvaycanda heç kəsin borcu OLMAYACAQ

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

​​​​​​Azərbaycanda ödəniş kartlarının sayı artsa da, kredit kartlarına maraq zəifləyib. Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə görə, vətəndaşlar borclanmaqdan daha çox, mövcud vəsaitlərini xərcləməyə üstünlük verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, belə ki, hazırda ölkədəki 22,4 milyon ədəd ödəniş kartının 20,3 milyonu debet, 2,1 milyonu kredit kartıdır. Son bir ildə debet kartların sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb.
Maraqlıdır, insanlar kredit kartlarından niyə imtina edirlər?

“Kredit kartlarının azalmasının səbəbi limitlərin tətbiqidir”

Bank eksperti Emin Kərimov deyir ki, kredit kartlarının azalmasının səbəbi limitlərin tətbiqidir: “Plastik kartlara açılan kredit xətlərində Mərkəzi Bank tərəfindən müəyyən limitlər tətbiq olunub. Əvvəllər daha yüksək məbləğlərdə kredit xətti açılırdısa, indi risklərin azaldılması məqsədilə bu göstərici əməkhaqqının 4-5 misli səviyyəsinə endirilib. Kredit kartlarının mənfi tərəfi odur ki, digər adi kreditlərdə vəsait konkret qrafik üzrə ödənilsə də, kredit kartlarında bərpa olunan mexanizm mövcuddur. Yəni, şəxs vəsaiti istifadə edir, ödəniş etdikcə limit yenilənir və yenidən istifadə imkanı yaranır. Bu proses bir müddət davam etdiyindən, kredit tam bağlanma mərhələsinə çatdıqda vətəndaşlar müəyyən çətinliklərlə üzləşə bilirlər. Məhz bu səbəbdən risklərin azaldılması üçün requlyativ xarakterli addımlar atılıb. Onlardan biri də kredit məbləğlərinin nisbətən azaldılmasıdır”.

“Debet kartlar daha geniş imkanlara malikdir”

Bank eksperti deyir ki, debet kartların artmasının səbəbi ölkədə elektron ticarətin genişlənməsi, ümumilikdə biznes əməliyyatlarının rəqəmsal müstəviyə keçməsi və bankların nağdsız ödənişlərə daha çox üstünlük verməsidir: “Bu tendensiya qlobal miqyasda da müşahidə olunur və nağdsız ödənişlərin inkişafı kartlara tələbatı artırır. Eyni zamanda, bir şəxsin bir neçə kartdan istifadəsini məhdudlaşdıran ciddi tənzimləmələrin olmaması da debet kartların sayının artmasına təsir göstərir. Kredit kartlarından fərqli olaraq, debet kartlar daha geniş istifadə imkanlarına malikdir və yaş məhdudiyyəti baxımından da daha əlçatandır. Belə ki, 18 yaşdan yuxarı şəxslərlə yanaşı, valideynlər övladları üçün öz adlarına açılmış debet kartlardan istifadə imkanı yaradırlar. Bundan əlavə, ictimai nəqliyyatda və gündəlik ödənişlərdə plastik kartlardan istifadənin artması da bu tələbi gücləndirir. Nəticədə debet kartların dövriyyəsi və istifadəsi daha çox praktik zərurətdən irəli gələn bir tendensiyaya çevrilir”.

“Kredit kartından qaçış” və “debet karta axın”

Kredit mütəxəssisi İsmayıl Məmmədov hesab edir ki, “kredit kartından qaçış” və “debet karta axın” ölkəmizdə maliyyə savadlılığının təkamül mərhələsidir: “Azərbaycan istehlakçısı artıq “borc iqtisadiyyatı” (kreditlə yaşamaq) paradiqmasından çıxaraq, “vəsaitlərin ağıllı idarəedilməsi” (yığım, rəqəmsal ödəniş, keşbek) modelinə keçid edir. Bu, həm vətəndaşın şəxsi büdcəsi, həm də ölkə iqtisadiyyatının dayanıqlığı üçün müsbət, sağlamlaşdırıcı bir siqnaldır. Statistik mənzərə sadəcə rəqəmlərin yerdəyişməsi deyil, Azərbaycan cəmiyyətində baş verən fundamental maliyyə-davranış qaydalarının dəyişdiyinin göstəricisidir. İnsan beyni qazandığı 10 manatın sevincindən təxminən 2 dəfə çox, itirdiyi 10 manatın ağrısını hiss edir. Kredit kartı üzrə effektiv illik faiz dərəcəsinin 25-28% səviyyəsində olması, istehlakçı tərəfindən şüuraltı olaraq “maliyyə itkisi” kimi kodlaşdırılır. Əvvəllər kredit kartı limiti “öz pulu” kimi qəbul edilirdi, artan maliyyə savadlılığı sayəsində bu “maliyyə itkisi” kimi kodlaşdırılır. Banklar isə bu psixoloji baryeri daha da gücləndirir”.

“Kredit kartı ən yüksək riskli, təminatsız məhsuldur”

Mütəxəssis bildirir ki, Mərkəzi Bank “məsuliyyətli borclanma” standartlarını sərtləşdirib: “Aylıq borc ödənişi rəsmi gəlirinin 45%-ni keçən şəxsə kredit kartı verilmir. Kredit kartı ən yüksək riskli, təminatsız məhsuldur. Beynəlxalq təcrübədə kart borcları ilk partlayan seqment olub. Azərbaycan bankları bu ssenaridən dərs çıxararaq, riskli seqmentdə kredit təkliflərini azaldırlar. Banklar üçün hazırda kredit kartı faizi qədər, debet kartı əməliyyatlarından əldə edilən gəlirlər dəyərlidir. Bu yanaşma sabit, proqnozlaşdırıla bilən gəlir axını təmin edir. Debet kartlara axının arxasında bankların yaratdığı güclü rəqəmsal həvəsləndirmə ekosistemi dayanır. Hazırda debet kartları sadəcə plastik kart deyil, “cashback”, “mil”, “qalıq faizi”, “taksit” kimi funksiyaları özündə birləşdirən maliyyə mərkəzinə çevrilib”.

“Debet kartlara olan 12%-lik artımın arxasında riyazi reallıq dayanır”

İsmayıl Məmmədovun sözlərinə görə, banklar debet kartlarını kredit kartlarından daha cəlbedici edir: “Məqsəd müştərini faiz gəliri ilə yox, nağdsız dövriyyənin həcmi ilə qazanclı etməkdir. Bu, həm müştəri, həm bank, həm də iqtisadiyyat üçün qazan-qazan modelidir. Banklar müştərilərinə borc götürməkdənsə, yığım və qənaət alətlərinə köklənməyə təşviq edir. Bu, həm müştəri rifahı, həm də bankın portfel keyfiyyəti üçün strateji seçimdir”.

Mütəxəssis prosesi 1500 AZN gəliri olan gənc üzərindən belə analiz edir: “Məsələn, 2000 AZN dəyərində noutbuk alışında kredit kartı ilə 12 aylıq ödəniş zamanı illik 26 faiz dərəcəsi nəzərə alındıqda, vətəndaş ümumilikdə təxminən 2280 AZN geri ödəyir və nəticədə 280 AZN əlavə xərc yaranır. Debet kart modelində isə vəziyyət fərqlidir. Şəxs vəsaiti əvvəlcədən debet kart hesabında topladıqda, qalıq məbləğə görə bankdan illik gəlir əldə edir, alış zamanı isə tərəfdaş şəbəkələr üzrə keşbek qazanır. Eyni 2000 AZN-lik alış zamanı beş faiz keşbek hesabına 100 AZN geri dönüş əldə olunur, kredit faizindən yayınmaqla birlikdə ümumi maliyyə üstünlüyü təxminən 380 AZN təşkil edir. Debet kartlara olan 12%-lik artımın arxasında məhz bu soyuq, riyazi reallıq dayanır”. ("Kaspi" qəzeti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 May 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri