Icma.az
close
up
RU
Zelenski: “Bu, heç vaxt olmayacaq”

Zelenski: “Bu, heç vaxt olmayacaq”

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra belə deyib.
“İkitərəfli formatda müvafiq memorandum ola və bunun nəticəsində xəritə formalaşa, sonra isə iki tərəf arasında atəşkəs haqqında saziş bağlana bilər”, - Zelenski keçirdiyi brifinqdə açıqlayıb.
Ukrayna lideri gələcək memorandumun təfərrüatlarının hələlik ona məlum olmadığını söyləyib. Amma əgər Rusiya tərəfi memorandum təklif edərsə, Kiyev də müvafiq siqnalları aldıqdan sonra ruslardan memorandum və ya təklifləri aldıqdan sonra öz baxışını formalaşdıra biləcək.
Onun sözlərinə görə, ABŞ prezidenti memorandumun atəşkəsdən əlavə, gələcək nizamlanma planlarını formalaşdıracağını da vurğulayıb.
Putinin əslində Ukraynanın NATO-ya üzv olmamasını nəzərdə tutan “münaqişənin əsas səbəblərini aradan qaldırmaq” tələbinin cavabında Zelenski bildirib ki, Ukraynanın statusu ölkə Konstitusiyasında yazılıb. Ukrayna Konstitusiyası isə ölkənin NATO-ya daxil olması kursunu evtiva edir.
Avropa liderləri çaşqınlıq içindədir - VİDEO Ukrayna prezidenti, həmçinin ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə telefon danışığında Rusiyanın ərazi tələblərinin müharibəni uzatmaq üçün bəhanə olduğunu deyib. Hərçənd, Moskvanın kompromislərə hazır olduğuna inanan Tramp üçün ən vacib məsələ Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanmasıdır.
- Mən ilk addım kimi atəşkəsin yaranmasını istərdim ki, Rusiya bu müharibəni bitirməyə real hazır olduğunu nümayiş etdirsin. Ukrayna ərazisi olan 5 vilayətdən imtinaya və Ukrayna ordusunun bizim ərazilərdən çıxarılmasına gəldikdə isə, bu, heç vaxt olmayacaq. Biz bununla razılaşa bilmərik. Ərazi bütövlüyümüz məsələsi bizim qırmızı xəttimizdir” , - Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev yenidən bütün komandaların - ABŞ, Ukrayna, Rusiya və Avropa ölkələrinin görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Belə bir görüş Türkiyədə, Vatikanda və ya İsveçrədə baş tuta bilər.
Xatırladaq ki, dünən ABŞ lideri Donald Tramp rusiyalı həmkarı Valdimir Putinlə iki saatdan çox telefon söhbətindən sonra Moskva və Kiyevin tezliklə danışıqlara başlayacağını açıqlayıb. Onun sözlərinə görə, Putinlə danışıqlar “yaxşı” keçib və “bəzi irəliləyişlər” əldə olunub.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 May 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri