Icma.az
close
up
RU
AZHAB Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

AZHAB Forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bakıda keçirilən 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində iki sənəd imzalanıb.

Oxu.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin "Bilişim Vadisi" arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, "Bilişim Vadisi" Bakı İqlim Bəyannaməsinə dəstəyini ifadə edib.

Sənəddə yaşıl iqtisadiyyat, yaşıl texnologiyalar və yaşıl sahibkarlıq kimi istiqamətlər üzrə maarifləndirmə tədbirlərinin və ortaq təşəbbüslərin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Blişim Vadisi"nin baş meneceri Erkam Tüzgen imzalayıblar.

Qeyd edək ki, "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə" COP29 çərçivəsində KOBİA tərəfindən irəli sürülüb. Qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədi daşıyan bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün bir sıra tədbirlər nəzərdə tutulur. Artıq sözügedən bəyannaməyə 20-dən çox beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

Digər sənəd Malayziyanın "Berhad" Halal İnkişaf Korporasiyası ilə KOBİA arasında imzalanıb. Anlaşma Memorandumunu "Berhad" Halal İnkişaf Korporasiyasının baş icraçı direktoru Hairol Arifeyn Bin Sahari və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Sənəddə hər iki qurumun imkanlarından istifadə olunmaqla biznes, investisiya və ixrac, eləcə də halal sənaye kimi sahələrdə bilik və təcrübə mübadiləsinin aparılması, birgə təlim proqramlarının icrası və s. istiqamətlərdə əməkdaşlıq nəzərə tutulur.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri