Icma.az
close
up
RU
Azıx və Tağlarda iki abidə aşkarlandı

Azıx və Tağlarda iki abidə aşkarlandı

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Azıx və Tağlar mağaralarında paleolit dövrünə aid iki abidə aşkarlanıb. Gələn ilin ikinci yarısında bu iki abidənin nəticələri açıqlanacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib.

Onun sözlərinə görə, Azıx və Tağlar abidələri beynəlxalq əhəmiyyətli abidələr olduğuna görə tədqiqat prosesində beynəlxalq tərkibli ekspedisiyalar fəaliyyət göstərir: “Bu ekspedisiyalar Azərbaycan, Almaniya, Yaponiya və Danimarka mütəxəssisləri ilə birlikdə aparılır. Ekspedisiyalara Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları rəhbərlik edir. Yəni həm yerli, həm də xarici mütəxəssislər ekspedisiyalarda birgə çalışırlar. Ümumilikdə, bu heyət 50 nəfər tədqiqatçını əhatə edir. Onların yarısı azərbaycanlı, yarısı isə xaricidir. Bu ekspedisiyalar uzunmüddətli danışıqlarla, həmin abidələrdə Azərbaycan mütəxəssisləri ilə işləyə bilən, Azərbaycan mədəniyyətini dərindən bilən elmi mərkəzlərlə birgə təşkil edilir. Bundan əlavə, ekspedisiyalara Azərbaycan universitetlərinin və xarici universitetlərin müvafiq fakültələrindən tələbələr də cəlb olunur”.

F. Quliyev bildirib ki, Azıx və Tağlar abidələrinin öyrənilməsində əsas vacib element tapılan hər bir nümunənin tam şəkildə laborator analizlərdən keçməsidir: “Bu analizlər Qərb ölkələrinin tanınmış "dating" (yaş təyin edən) laboratoriyalarında aparılır. Laborator analizlərin nəticələri müəyyən vaxt tələb edir. Çünki söhbət 1 milyon 800 min il yaşı olan abidələrdən gedir və tapıntıların mahiyyətinin dəqiq öyrənilməsi üçün vaxt lazımdır. Bu analizlər bir neçə mərhələdə aparılır və nəticələr bizə elan olunduqdan sonra birgə şəkildə nəşr olunur”.

Direktor bildirib ki, təxminən 2026-cı ilin birinci yarısında bu abidələrlə bağlı çox ciddi və maraqlı elmi nəticələr əldə olunacaq: “Bu nəticələr əvvəlki, sovet dövrünün tədqiqatlarından fərqli olaraq daha müasir texnoloji və metodoloji yanaşmalarla əldə ediləcək. Bu səbəbdən yeni nəticələrin müəyyən mənada sensasion olacağı da gözlənilir. Elmi nəticələr birgə toplantıdan sonra açıqlanacaq və ciddi elmi nəşrlərdə yayımlanacaq”.

F. Quliyevin sözlərinə görə, Azıx və Tağlar mağaralarında aparılan tədqiqatlar 2030-cu ilədək davam edəcək: “Bu tədqiqatlar çox mürəkkəb xarakter daşıyır. Çünki təkcə arxeoloji qazıntılarla kifayətlənmir, coğrafiya, geologiya və digər elm sahələrinin də iştirakı ilə həyata keçirilir. Burada əsas məqsəd o dövrdə ilkin insanın həyat tərzini, yaşam şəraitini və inkişaf dinamikasını öyrənməkdir. Hər bir nümunə çox dəyərlidir, ona görə də torpaq qatı ehtiyatla götürülür və elmi metodlarla analizə göndərilir. Çünki laborator analizlər yalnız düzgün götürülmüş nümunələr üzərində aparıldıqda etibarlı nəticə verir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Dekabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri