Icma.az
close
up
RU
Azkalorili pəhriz. Yeyirik və arıqlayırıq!

Azkalorili pəhriz. Yeyirik və arıqlayırıq!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Monopəhrizlər (yalnız 1 və 1-2 məhsulla qidalanma) dietoloqlar tərəfindən ziyanlı və effektsiz sayılır.

Hər gün insan lazım olan miqdarlarda zülalları, karbohidratları, yağları, vitamin və mikroelementləri və s. onun həyatı və sağlamlığı üçün vacib olan maddələri almalıdır. Buna balanslaşdırılmış qidalanma deyilir. Əgər insanın orqanizmi uzun müddət ərzində hər hansı vacib maddəni almazsa, bu onun sağlamlığına mənfi təsir edəcək.

Digər tərəfdən tez arıqlama insanın orqanizmi üçün ziyanlıdır. Bu zaman orqanizmdə gedən bir çox proseslər pozulur.

Azkalorili pəhrizlər dietologiyada daha məqsədəuyğun və sağlam hesab olunur. Bu pəhrizlər insanı bütün lazım olan maddələrlə təmin edir. İnsan ac qalmır, öz sağlamlığına ziyan vurmur və bununla yanaşı çəki tədricən azalır. Əgər siz bu pəhrizlə yanaşı idmanla məşğul olsanız, arıqlama prosesi daha tez gedəcək.

Sizə azkalorili pəhrizin variantını təqdim edirik.

Pəhrizin şərtləri:

1. Qida gündə 5 dəfə qəbul olunur. Yatmazdan əvvəl 1 stəkan 1%-li kefir içmək olar.

2. Səhər və nahar, nahar və şam yeməklərinin arasında alma, portağal və ya hər hansı digər meyvələr (banan və üzümdən başqa) yemək olar.

3. Pəhriz zamanı şirniyyatlar, un məmulatları, yağlı, qızardılmış, duzlu, hisə verilmiş, marinada qoyulmuş qidalar rasiondan tam çıxarılmalıdır.

4. Yeməkləri suda, buxarda və ya sobada yağsız şəkildə bişirmək lazımdır.

5. Yemək porsiyaları kiçik olmalıdır - 150-200 qr.

6. Gün ərzində 2-3 tikə kəpəkli çörəyə icazə verilir.

7. Gün ərzində 1,5-2 litr maye qəbul olunmalıdır (şirin içkilər və şirələr istisna olunur).

Pəhriz zamanı təmiz qazsız su, yaşıl çay, itburnu və moruqdan hazırlanmış çaylar daha çox məsləhət görülür.

Pəhrizin variantı:

Birinci səhər yeməyi (təxminən saat 8-də) - suda bişirilmiş sıyıq (qarabaşaq, yulaf, arpa və s.) və ya buğda bişirilmiş omlet və ya qaynadılmış yumurta ilə 1 tikə  kəpəkli çörək və ya az miqdarda pendirlə 1 tikə çörək.

İkinci səhər yeməyi (təxminən saat 10-da) - 100 qram kəsmik və ya təbii yoqurt (şirin yoqurt olmaz!) və ya limon şirəsi sıxılmış tərəvəz salatı göyərti ilə və ya buxarda tərəvəzlərdən hazırlanmış püre.

Nahar (təxminən saat 12-13-də) - qaynadılmış yağsız mal əti, balıq və ya quş əti (təxminən 100-150 qram) ilə birlikdə buxarda bişirilmiş tərəvəzlər, tərəvəz salatı göyərti ilə və ya tərəvəz şorbası. 1 tikə kəpəkli çörək də əlavə etmək olar.

İkinci nahar (saat 16-17) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı göyərti ilə və ya 100 qram kəsmik və ya bioyoqurt.

Şam yeməyi (saat 18-19) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı göyərti ilə və ya 150 qram kəsmik.

Bu pəhrizi 2-3 ay ərzində saxlamaq olar.

Nəzərinizə çatdıraq ki, bu və ya istənilən digər pəhrizi saxladıqdan əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər və pozulmalar zamanı pəhriz saxlamaq olmaz.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri