Icma.az
close
up
RU
AzMİU ilə Ege Universiteti arasında protokol imzalanıb FOTOLAR

AzMİU ilə Ege Universiteti arasında protokol imzalanıb FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Ege Universiteti arasında “Nüvə Elmlərində Radiasiya və Təhlükəsizlik” ixtisasında magistratura səviyyəsi üzrə beynəlxalq birgə magistr təhsili və tədrisi proqramının əhatə dairəsi, icrası və diplomların verilməsi prosedurlarını və prinsiplərini müəyyən edən protokol imzalanıb.

"Unikal" xəbər verir ki, Türkiyənin Yüksəköyrətim Kurulu ilə  Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilən protokolu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Ege Universitetinin rektoru professor Necdet Budak imzalayıblar.  

Sənəddə Ege Universiteti ilə AzMİU arasında "Nüvə elmlərində radiasiya və təhlükəsizlik" beynəlxalq birgə magistr proqramına tələbə qəbulu, tədris planı, imtahan, davamiyyət, icazə, akademik məzuniyyət müddəti, məzuniyyət şərtləri, akademik müvəffəqiyyətsizlik, veriləcək diplomlar, təhsil haqları və proqrama dair digər məsələlərlə əlaqədar müddəalar qeyd olunub.

Protokolun imzalanması ilə bağlı AzMİU  və Ege Universitetinin rektorları arasında onlayn görüş keçirilib. Görüşdə hər iki universitetin nümayəndə heyəti də iştirak edib. 

Görüş zamanı tərəflər arasında bir sıra strateji məsələlər də müzakirə olunub. Bu müzakirələr çərçivəsində hər iki universitetin təhsil və elmi tədqiqat sahələrində inkişaf perspektivləri, təhsil proqramlarının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi yolları nəzərdən keçirilib. Müştərək elmi tədqiqat layihələrinin təşkili və innovativ yanaşmaların paylaşılması məsələləri də xüsusi diqqət mərkəzində olub.

Rektor professor  Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-nun həm Qərb təhsil sisteminə inteqrasiyası, həm də iki qardaş ölkə arasındakı təhsil əlaqələri çərçivəsində Türkiyə universitetləri ilə yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Ege Universiteti ilə imzalanan ikili diplom müqaviləsinin Türkiyə universitetləri ilə AzMİU arasında sayca 3-cü ikili diplom müqaviləsi olduğunu vurğulayan rektor AzMİU-da təhsilin beynəlmilliləşdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.  

Rektor professor  Necdet Budak bu müqavilənin Ege Universiteti üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib. Rektor bildirib ki, müqavilə Ege Universitetinə birgə kadr hazırlığı ilə yanaşı, nüvə elmlərində radiasiya və təhlükəsizlik üzrə AzMİU-nun qabaqcıl elmi təcrübəsini öyrənməyə imkan verəcək.

AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayev bu proqramın iki ölkə ilə yanaşı, ümumilikdə region üçün əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, Türkiyə və İranda nüvə elektrik stansiyalarının inşası, Ermənistanda riskli şəkildə fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası region üçün radiasiya təhlükəsizliyini prioritet, həmçinin strateji istiqamətə çevirib. 

Türkiyənin Ege Universitetinin nəzdində Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan da regionda son illər nüvə enerjisindən istifadə ilə bağlı canlanmaya diqqət çəkib və proqram çərçivəsində kadr hazırlığının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, bu proqram AzMİU-nun dünyanın aparıcı universitetləri ilə sayca 9-cu ikili diplom müqaviləsidir. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:313
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri