Icma.az
close
up
RU
Ankara Universiteti ilə AzMİU da arasında protokol imzalanıb FOTOLAR

Ankara Universiteti ilə AzMİU da arasında protokol imzalanıb FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Ankara Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub. Nümayəndə heyətinə Ankara Universitetinin rektoru professor Necdet Ünüvar rəhbərlik edib. 

"Unikal" xəbər verir ki, qonaqları AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və universitetin rəhbər heyəti qarşılayıb. Görüşdə iki qardaş ölkə arasında dərin tarixi və strateji münasibətlərin fonunda elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub.

Görüş zamanı Ankara Universiteti ilə AzMİU arasında bir müddət əvvəl imzalanmış “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramının hər iki dövlətin tənzimləyici qurumları tərəfindən təsdiqlənməsindən məmnunluq ifadə olunub. Proqramın inzibati və təşkilati məsələləri ətraflı müzakirə edilib.

Bununla yanaşı, görüş çərçivəsində universitetlər arasında daha bir mühüm sənəd – “Daşınmaz əmlakın inkişafı və idarə edilməsi” ixtisası üzrə ikili diplom proqramına dair protokol imzalanıb. 
Qeyd olunub ki, bu addım gənclərin təhsil imkanlarının genişləndirilməsilə yanaşı, AzMİU-nun beynəlxalq təhsil mühitinə inteqrasiyasını daha da gücləndirəcək.

Tərəflər, həmçinin elmi tədqiqat istiqamətində birgə fəaliyyətin genişləndirilməsi, alimlərin beynəlxalq indeksli jurnallarda ortaq məqalələrlə çıxış etməsi, hər iki universitetin elmi nəşrlərindən qarşılıqlı faydalanma, rəqəmsal oyunların inkişafı sahəsində ortaq tədqiqatların aparılması və birgə layihələrin hazırlanması kimi məsələləri də müzakirə ediblər.

Bildirək ki, bu səfər çərçivəsində imzalanmış yeni protokol AzMİU-nun beynəlxalq əməkdaşlıq strategiyasının növbəti uğurlu addımı kimi qiymətləndirilir. “Daşınmaz əmlakın inkişafı və idarə edilməsi” ixtisası üzrə ikili diplom proqramı ilə universitetin bu formatda beynəlxalq müqavilələrinin sayı 12-yə çatdı. AzMİU-nun dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələri ilə imzaladığı bu ikili diplom sazişləri tələbələrin qlobal bilik və bacarıqlarla təchiz olunmasına, müəllimlərin elmi-mübadilə imkanlarının genişlənməsinə və universitetin beynəlxalq təhsil məkanında nüfuzunun daha da artmasına xidmət edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri