Icma.az
close
up
RU
AzMİU və Kunayev Universiteti arasında memorandum imzalanıb FOTOLAR

AzMİU və Kunayev Universiteti arasında memorandum imzalanıb FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstanın Kunayev Universitetinin rektoru, dosent Jazira Omiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) rəsmi səfər edib. Bu səfər iki ölkənin ali təhsil ocaqları arasında akademik və elmi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində qonaqlar AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüş keçiriblər. Görüşdə hər iki universitetin nümayəndə heyəti iştirak edib. 

Görüş zamanı tərəflər arasında bir sıra strateji məsələlər müzakirə olunub. Bu müzakirələr çərçivəsində hər iki universitetin təhsil və elmi tədqiqat sahələrində inkişaf perspektivləri, təhsil proqramlarının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi yolları nəzərdən keçirilib. Əməkdaşlıq formatlarının genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar dəyərləndirilib. Müştərək elmi tədqiqat layihələrinin təşkili və innovativ yanaşmaların paylaşılması məsələləri də xüsusi diqqət mərkəzində olub.

Rektorlar görüş zamanı qlobal təhsil trendlərinə uyğun olaraq rəqəmsal transformasiya, davamlı inkişaf prinsiplərinin təhsildə tətbiqi və elmi tədqiqatların real sektorda istifadəsi məsələlərinə də xüsusi diqqət çəkiblər.

Görüşün sonunda AzMİU ilə Kunayev Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda müəllim və tələbələrin qısa və uzunmüddətli mübadiləsi, birgə beynəlxalq elmi konfrans və simpoziumların təşkili, idarəetmə və tədris proseslərində innovativ metodların tətbiqi və təcrübə mübadiləsi, birgə elmi və metodik nəşrlərin hazırlanması, magistratura, bakalavriat və MBA proqramlarının birgə həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulur.

Bu memorandum Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində mövcud olan əməkdaşlığın genişləndirilməsi üçün mühüm addım hesab edilir. Tərəflər hər iki universitetin tələbə və professor-müəllim heyətinin peşəkar inkişafına töhfə vermək məqsədilə ortaq layihələrin reallaşdırılmasına sadiqliklərini ifadə ediblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri