Icma.az
close
up
RU
AzMİU Özbəkistanda keçirilən beynəlxalq sərgidə təmsil olunub

AzMİU Özbəkistanda keçirilən beynəlxalq sərgidə təmsil olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Özbəkistanın Daşkənd şəhərində təşkil olunan 27-ci Beynəlxalq “Təhsil və Peşə 2025” sərgisində iştirak edib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Universitetin sərgidə təqdim etdiyi stend yerli abituriyentlər, onların valideynləri və beynəlxalq təhsil nümayəndələri tərəfindən maraqla qarşılanıb.

İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa Muradov və Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı dosent Gülnarə Əsgərəlizadə tərəfindən ziyarətçilər AzMİU-nun təhsil imkanları, qəbul prosesi, ixtisaslar, tələbə həyatı və təqaüd proqramları barədə məlumatlandırılıb.

Sərgi çərçivəsində universitetin təqdim etdiyi materiallar – bukletlər və broşürlər vasitəsilə ziyarətçilərə geniş informasiya təqdim edilib. Memarlıq, dizayn, inşaat mühəndisliyi, şəhərsalma və ekologiya mühəndisliyi kimi sahələrə maraq göstərən özbək abituriyentlər AzMİU-nun akademik proqramları və beynəlxalq əməkdaşlıq imkanları ilə tanış olub, suallarını universitet təmsilçilərinə ünvanlayıblar.

Əməkdaşlar sərgi çərçivəsində bir sıra ölkələrin ali təhsil müəssisələrinin təmsilçiləri ilə görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sərgiyə Özbəkistanla yanaşı, Rusiya, Türkiyə, Kanada, ABŞ, BƏƏ, Cənubi Koreya və digər ölkələrin tanınmış ali təhsil müəssisələri də qatılıb. Ümumilikdə 100-dən çox universitetin qatıldığı tədbir özbək gənclərinin təhsil və peşə seçimləri ilə bağlı mühüm məlumatlandırma platforması olub.

Qeyd edək ki, AzMİU-nun Mərkəzi Asiyada apardığı builki təbliğat kampaniyası Qırğızıstandan başlayıb. Təmsilçilərimiz ilk olaraq Qırğızıstanın tanınmış təhsil müəssisələrindən biri olan Bilimkana Amerika Məktəbində qonaq olub və universitetin tanıtımını həyata keçiriblər. Oxşar fəaliyyət digər məktəblərdə də aparılıb və qırğız şagirdlərin AzMİU-ya marağı yüksək olub.

Mərkəzi Asiya regionundakı təbliğat fəaliyyətləri bu coğrafiyada AzMİU-nun tanınmasını artırmaq və universitetə daha çox xarici tələbə cəlb etmək məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri