Tramp: ABŞ İranla bağlı Rusiya və Çindən kömək istəməyəcək
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla müharibənin sona çatması üçün Çin və ya Rusiyadan kömək istəmək niyyətində deyil.
Məlumatı “Anadolu” yayıb.
Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çində olarkən “Fox News”-a müsahibə verib.
Jurnalist prezidentdən Vaşinqtonun İranla müharibəyə son qoymaq üçün kömək üçün Çinə, ya Rusiyaya müraciət etməyi planlaşdırıb-planlaşdırmadığını soruşub. Tramp cavab verib: “Bilirsiniz, bizə kömək lazım deyil”.
Prezidenti iddia edib ki, ABŞ İranın dəniz qüvvələrini məhv edib və hava qüvvələrini sıradan çıxarıb: “İranlılar razılaşmaq istəyirlər. Ona görə də mənim köməyə ehtiyacım yoxdur. Heç kimdən kömək istəməyəcəyəm”.
Tramp ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirdiyini, bundan sonra Tehranın bioloji silahlar hazırlamağa başladığını iddia edib.
İranın Vaşinqtona hücum etmək üçün “çirkli bomba”dan istifadə edə biləcəyi iddialarını şərh edən prezident deyib: “Vaşinqton xalqının narahat olmasına ehtiyac yoxdur. Əgər bu, baş verərsə, biz onları (İranı) məhv edərik. Sözümün üstündə duraram”.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















