Icma.az
close
up
RU
AzMİU tələbələri ABŞ də mükafata layiq görüldü

AzMİU tələbələri ABŞ də mükafata layiq görüldü

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq əməkdaşlıq istiqamətində daha bir mühüm nailiyyət əldə edib.

"Unikal" xəbər verir ki, Fulbright proqramı çərçivəsində AzMİU-da fəaliyyət göstərən Caroline Lavoie tərəfindən həyata keçirilən tədris və tədqiqat fəaliyyəti universitetin beynəlxalq layihələrində yeni bir mərhələnin əsasını qoyub.

Layihə AzMİU-nun Xarici Əlaqələr Şöbəsi ilə Memarlıq Layihələndirilməsi və Şəhərsalma kafedrasının birgə təşkilatçılığı ilə reallaşdırılıb. Fulbright mütəxəssisi Caroline Lavoie ilə yanaşı, layihənin icrasında universitetin müəllimləri Yeganə Kərimli, Şəhla Qəhrəmanova, Şeyda Novruzzadə və Səttar Kərimli də yaxından iştirak edərək tələbələrin beynəlxalq akademik mühitdə təcrübə qazanmasına töhfə veriblər.

Fulbright mütəxəssisi kimi AzMİU-da fəaliyyət göstərən Caroline Lavoie, universitetdəki fəaliyyətinin davamı olaraq, Amerikanın Utah Dövlət Universitetinin Landşaft Memarlığı və Ətraf Mühitin Planlaşdırılması kafedrası ilə AzMİU tələbələrinin birgə vorkşopunun keçirilməsinə təşəbbüs göstərib. Bu layihə bu yaxınlarda Amerika Landşaft Memarları Cəmiyyəti (ASLA) və Amerika Planlaşdırma Assosiasiyası (APA) tərəfindən mükafatla təltif olunub.

Beynəlxalq vorkşop həm canlı, həm də onlayn formatda həyata keçirilib. Tədbirdə Utah Dövlət Universitetinin Landşaft Memarlığı və Ətraf Mühitin Planlaşdırılması kafedrasının 4-cü kurs bakalavr tələbələri AzMİU-nun müəllim və tələbələri ilə birgə çalışıblar. Seminarın əsas mövzusu şəhər dizaynı, Bakının mərkəzi tarixi məhəllələrinin və yaşayış mühitinin regenerasiyası, eləcə də tarixi toxumanın qorunması, memarlıq və mədəni irsin mühafizəsi məsələləri olub.

Təqdimatlarda eyni zamanda gələcək urbanistik inkişaf və müasir şəhər problemlərinin həlli yolları da davamlı inkişaf kontekstində müzakirə edilib. Layihənin ASLA və APA tərəfindən mükafatlandırılması AzMİU-nun beynəlxalq akademik nüfuzunun artdığını və universitetin tələbə və müəllimlərinin qlobal miqyasda tanınmağa başladığını göstərir. Bu uğur həm AzMİU-nun beynəlxalq əlaqələr sahəsindəki fəallığının, həm də Azərbaycan memarlıq təhsilinin dünya elmi mühitinə inteqrasiyasının bariz göstəricisidir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri