Icma.az
close
up
RU
AzMİU tələbələri bu sahədə Qazaxıstan təcrübəsini öyrəndilər FOTOLAR

AzMİU tələbələri bu sahədə Qazaxıstan təcrübəsini öyrəndilər FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq elmi əməkdaşlıq istiqamətində fəaliyyətini davam etdirir.

"Unikal" xəbər verir ki, bu çərçivədə Qazaxıstan Respublikasının Qızılorda Universitetinin professoru Emirbek Umbetulı universitetin Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasında ezamiyyətdə olub.  

Ezamiyyət müddətində qazaxıstanlı professor tələbələr üçün “Urbanizasiya və su ehtiyatlarının rəqəmsallaşdırılması” mövzusunda master-klas da keçib.

Master-klasda professor Emirbek Umbetulı urbanizasiya proseslərinin su ehtiyatlarının idarə edilməsinə təsiri, bu sahədə müasir idarəetmə yanaşmaları, rəqəmsal platformalar vasitəsilə su resurslarının monitorinqi və modelləşdirilməsi kimi aktual məsələlər barədə geniş məlumat verib. O, Qazaxıstan təcrübəsindən konkret nümunələr əsasında çıxış edərək, iştirakçılarda bu mövzuya dərin maraq yaradıb.

Tələbələr master-klas zamanı urbanizasiya və su ehtiyatlarının idarə olunması mövzusunda praktiki biliklər qazanıb, suallar verərək elmi diskussiyalarda fəal iştirak ediblər. Görüşdə su ehtiyatlarının səmərəli istifadəsi, iqlim dəyişiklikləri fonunda dayanıqlı inkişaf prinsipləri və rəqəmsallaşmanın tətbiq imkanları ətrafında müzakirələr də aparılıb.

Sonda master-klas qonaq professorla xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

AzMİU-da bu kimi tədbirlərin təşkili universitetin elmi potensialının güclənməsinə, tələbələrin nəzəri və praktiki biliklərinin zənginləşməsinə, o cümlədən ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see126

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri