Icma.az
close
up
RU
AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlığını genişləndirir

AzMİU Qazaxıstan universitetləri ilə əməkdaşlığını genişləndirir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirib. Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində AzMİU ilə bir sıra nüfuzlu Qazaxıstan universitetləri arasında mühüm görüşlər keçirilib və yeni əməkdaşlıq sənədləri imzalanıb.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Qeyd olunub ki, AzMİU-nu tədris işləri üzrə prorektoru professor Akif Qasımov və Beynəlxalq ortaq təhsil proqramlarının idarə edilməsi sektorunun müdiri Könül Şirinova təmsil ediblər. Görüşlər zamanı tərəflər arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, birgə təhsil proqramlarının həyata keçirilməsi, akademik mübadilə imkanlarının genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Forum çərçivəsində Qazaxıstanın bir sıra ali təhsil müəssisələri ilə 4 mühüm sənəd imzalanıb. Bu sənədlər universitetlərarası əlaqələrin yeni mərhələyə keçməsinə və konkret təhsil proqramlarının icrasına zəmin yaradır. Bu əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsinin təşkili, birgə elmi layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının tətbiqi və tədris təcrübəsinin qarşılıqlı paylaşılması nəzərdə tutulur. AzMİU ilə Qazaxıstan universitetləri arasında qurulan bu əlaqələr yalnız akademik sahə ilə məhdudlaşmır, eyni zamanda, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, mühəndislik və inşaat sahəsində innovativ yanaşmaların tətbiqi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Görüşlər zamanı tərəflər gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni ixtisaslar üzrə birgə proqramların hazırlanması və regional səviyyədə elmi-təhsil platformalarının yaradılması istiqamətində razılığa gəliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Aprel 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri