Icma.az
close
up
RU
AzMİUda imtahan sessiyası ərzində “Açıq qapı” günləri təşkil olunacaq AZƏRTAC

AzMİUda imtahan sessiyası ərzində “Açıq qapı” günləri təşkil olunacaq AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Sessiya təsdiq olunmuş imtahan cədvəlinə əsasən bakalavriat səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada, magistratura səviyyəsində yazılı, test və şifahi formada keçirilir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sessiya müddətində bakalavriat səviyyəsində 404 fənn üzrə 9249 tələbə, magistratura səviyyəsində isə 263 fənn üzrə 1618 tələbə imtahan verəcək. Bakalavriat səviyyəsində keçirilən imtahanların 163-ü yazılı, 206-ı test, 35-i isə qabiliyyət tələb edən, magistratura səviyyəsində isə keçirilən imtahanlardan 60-ı test, 203-ü yazılı imtahanlardır.

İmtahanlarda tələbələrin davranışını izləmək və onların qaydalara riayət etməsini təmin etmək məqsədilə 25 zal nəzarətçisi prosesə cəlb olunub. Sessiyanın daha səmərəli keçirilməsi üçün ümumilikdə 10 auditoriyada imtahanlar təşkil edilib. Test üsulu ilə imtahan verən tələbələrə ümumilikdə 235 kompüterdən ibarət olmaqla 5 kompüter zalı, yazılı imtahanlara isə 5 xüsusi zal ayrılıb.

Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması işləri üzrə universitetin müəllim və əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə ediməsi üçün gənc müəllimlər və tədris-köməkçi heyətdən ibarət nəzarət qrupu yaradılıb. Bir sözlə, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb.

Üzürlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şansı da yaradılıb. Onlar üzürlü səbəb haqqında əsaslandırılmış arayışlarını gətirməklə növbəti semestrin başlanğıcına qədər həmin fənn üzrə imtahan verə biləcəklər.

İmtahan prosesində yaranacaq narazılıqların araşdırılması və həlli məqsədilə Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” də fəaliyyət göstərir. Həmçinin universitetin tədris binalarında müraciət və təklif qutuları yerləşdirilib. Hər sessiyada olduğu kimi, bu dəfə də imtahan prosesi universitet rəhbərliyi tərəfindən izlənilir və zəruri tapşırıqlar verilir.

Bundan əlavə, sessiya ərzində imtahanlarda şəffaflığı təmin etmək istiqamətində ictimaiyyətin iştirakını nəzərdə tutan “Açıq qapı” günləri də təşkil olunacaq. Bu günlərdə valideynlərin, deputatların, ictimaiyyət və media nümayəndələrinin imtahan sessiyasını müşahidə etməsinə şərait yaradılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri