Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

AzMİUda Məzun Assosiasiyası yaradıldı AZƏRTAC

AzMİUda Məzun Assosiasiyası yaradıldı AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ərəfəsində məzunlarla görüş keçirilib. Universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzunun iştirak etdiyi görüşdə Məzun Assosiasiyasının yaradılması qərara alınıb.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rektor Gülçöhrə Məmmədova Məzun Assosiasiyasının yaradılmasının universitet üçün prioritet məsələ olduğunu vurğulayıb. Assosiasiyanın məzunların universitet həyatında fəal iştirakını təmin edəcəyini, tələbələrlə öz təcrübələrini bölüşmək, elmi-tədqiqat prosesinə töhfə vermək və universitetin inkişafına dəstək olmaq baxımından geniş imkanlar yaradacağını bildirib.

Rektor əlavə edib ki, beynəlxalq akkreditasiya və reytinq sistemləri məzunların universitetin həyatında rolunu xüsusi qiymətləndirir və bu baxımdan Assosiasiyanın yaradılması təhsil müəssisəsi üçün zəruri addımdır: “İyirmi il öncə Məzunlar Assosiasiyasını yaratmaq təşəbbüsünü irəli sürmüşdük. O dövrdə bu, reallaşmadı, lakin artıq cəmiyyət və təhsil sistemi buna hazırdır. İnanıram ki, Assosiasiya universitetin məzunlarla əlaqələrini gücləndirəcək və onların universitet həyatında daha fəal iştirakını təmin edəcək. Bu, müasir universitetlər qarşısında qoyulan ən vacib tələblərdəndir. Biz də bu Assosiasiyanı yaratmaqla bu tələbə adekvat cavab veririk”.

O, universitetin keçdiyi 50 illik tarixi yoldan, son illər ərzində əldə olunan nailiyyətlərdən, beynəlxalq əməkdaşlıq əlaqələrindən danışıb. AzMİU-nun Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci il iyunun 20-də yaradıldığını, memarlıq və inşaat təhsili istiqamətində ölkəmizdə profil universitet olduğunu söyləyib. Qeyd edib ki, hazırda universitetdə 7 fakültə var. Fakültələrdə bakalavriat səviyyəsində 27, magistratura səviyyəsində 28 ixtisas və 70 ixtisaslaşma üzrə təhsil verilir. Universitetdə 12 mindən çox tələbə təhsil alır ki, onlardan 500-dən çoxu əcnəbi tələbələrdir. Onlara 600-dən artıq müəllim dərs deyir və bu müəllimlərin yarıdan çoxu elmi dərəcəyə malikdir.

Gülçöhrə Məmmədova dünyanın nüfuzlu universitetləri ilə aparılan ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi, elmi-tədqiqat istiqamətləri, beynəlxalq konfransların təşkili, beynəlmiləlləşmə üzrə görülən mühüm işləri diqqətə çatdırıb. O, universitetdə fəaliyyət göstərən müasir laboratoriya bazalarından danışarkən AzMiU ilə sıx əməkdaşlıq edən bp, “PAŞA İnşaat”, “Holcim”, “PMD” və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) kimi nüfuzlu partnyor şirkət və təşkilatların rolunu önə çəkib, həmçinin digər tərəfdaşlara təşəkkürünü bildirib.

Rektor AzMİU-da tədris olunan ixtisasların nüfuzlu beynəlxalq akkreditasiyadan keçməsinin əhəmiyyətinə də toxunub və qeyd edib ki, akkreditasiyalar universitetdə təhsilin keyfiyyətinin və dünya miqyasında tanınmasının bir göstəricisidir.

Tədbirdə universitetin fəxri məzunları çıxış edərək tələbəlik illərini xatırlayıblar və AzMİU-nun onlara qazandırdığı bilik və təcrübənin karyeralarındakı rolundan danışıblar. Doğma universitetlərində Məzun Assosiasiyasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirib, Assosiasiyanın fəaliyyətinə töhfə verməyə hazır olduqlarını bildiriblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, AzMİU-nun fəxri məzunu Cavid Qurbanov çıxışında bunları bildirib: “AzMİU mənim gənclik həyatımda mühüm rol oynayıb. Bu universitetdə əldə etdiyim biliklər, qazandığım dostlar mənim gələcək uğurlarımın əsasını təşkil edib. Əminəm ki, Məzun Assosiasiyasının yaradılması AzMİU-nun məzunları ilə əlaqələrini daha da gücləndirəcək və universitetin inkişafına böyük töhfə verəcək”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Əməkdar memar Səbinə Hacıyeva çıxışında universitetin ona verdiyi imkanlardan bəhs edib: “AzMİU təkcə bir təhsil müəssisəsi deyil, həm də həyat məktəbidir. Burada qazandığımız bilik və təcrübə bizi cəmiyyət üçün faydalı mütəxəssislərə çevirib. Universitetlə sıx əlaqələr yaratmaq və tələbələrə dəstək olmaq bizim borcumuzdur. İrəli sürülən təşəbbüsü alqışlayır, yaradılan Assosiasiyanın fəaliyyətinə uğurlar arzulayıram”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Əməkdar memar Elxan Əsədov isə universitetdə qazandığı təcrübənin onun memarlıq sahəsindəki uğurlarında əvəzsiz rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, çalışdığı Agentlikdə hazırda AzMİU-nu bitirən məzunlar üstünlük təşkil edir ki, onlardan 21 nəfəri memardır.

AzMİU-nun prorektoru Orxan Naqdiyev vurğulayıb ki, məzunlar universiteti öz doğma məkanı kimi qəbul edir, təhsillərini tamamladıqdan sonra da universitetlə əlaqələrini kəsmir və müxtəlif layihələrdə AzMİU ilə əməkdaşlıq edirlər. Məzun Assosiasiyasının yaradılması isə bu əməkdaşlığın daha sıx olmasına xidmət edəcək.

Tədbir çərçivəsində Məzun Assosiasiyasının Təşkilat Komitəsinin üzvləri seçilib və Təsis Yığıncağına kimi görüləcək işlərlə bağlı təkliflər səsləndirilib, qərarlar qəbul edilib. Assosiasiyanın Qəyyumlar Şurasının, İdarə Heyətinin, Təftiş Komitəsinin üzvlərinin seçilməsi və idarəetmə mexanizimlərinin təşkili Təsis Yığıncağından sonra həyata keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri