Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi, hərbi qulluqçuların ailə üzvləri ilə əlaqələrin genişləndirilməsi və ictimaiyyətin sərhəd mühafizəsinin təşkili barədə məlumatlandırılması məqsədilə “Açıq qapı” günlərinin keçirilməsi davam etdirilir.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində təşkil olunmuş növbəti tədbirlərdə hərbi qulluqçuların valideynləri və yaxınları iştirak edib, övladlarının xidmət şəraiti və gündəlik fəaliyyəti ilə yaxından tanış olublar.
Tədbirlərdə çıxış edənlər dövlət sərhədlərinin etibarlı mühafizəsinin yüksək peşəkarlıq, möhkəm intizam, məsuliyyət və Vətənə sarsılmaz sədaqət tələb etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sərhədçilərin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Şəxsi heyətə göstərilən dövlət qayğısı hərbi qulluqçuların ruh yüksəkliyinə, valideynlərin isə övladlarının xidmətinə olan inamının möhkəmlənməsinə müsbət təsir göstərir.
Qeyd olunub ki, hərbi xidmət gənclərin yalnız fiziki və peşəkar hazırlığının deyil, həm də xarakterinin, iradəsinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm mərhələdir. Bu prosesdə ailədən alınan tərbiyə, milli-mənəvi dəyərlərə bağlılıq və valideynlərin mənəvi dəstəyi xüsusi əhəmiyyət daşıyır. Belə görüşlərin valideynlərlə hərbi hissə arasında qarşılıqlı etimadın güclənməsinə, gənc əsgərlərin xidmətə münasibətinin daha da məsuliyyətli xarakter almasına və kollektivdə sağlam mənəvi mühitin qorunmasına töhfə verdiyi qeyd olunub.
Valideynlər çıxışlarında övladlarının Vətən qarşısında borclarını şərəflə yerinə yetirmələrindən qürur duyduqlarını ifadə edib, onların hərtərəfli hazırlığına, sosial-məişət təminatına və sağlamlığının qorunmasına göstərilən diqqəti yüksək qiymətləndiriblər.
Daha sonra qonaqlar hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baxış keçirib, şəxsi heyətin gündəlik fəaliyyətinin təşkili və sosial-məişət təminatı ilə yerində tanış olublar.
Tədbirlərin sonunda səmimi ünsiyyət şəraitində valideynləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 15 Oktyabr 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















