Icma.az
close
up
RU

AzMİUda Qərbi Azərbaycanla bağlı rəsm sərgisi təşkil olunub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycan - qədim

tarixi yurdumuz” mövzusunda rəsm sərgisinin açılışı olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən rektor Gülçöhrə Məmmədova vurğulayıb ki, Qərbi Azərbaycan bölgəsi Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biridir. Bu sərgidə nümayiş olunan əsərlər Qərbi Azərbaycanın maddi və mədəni irsini, tarixi abidələrini və adət-ənənələrini əks etdirir. O, həmçinin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq, Qərbi Azərbaycana da qayıdışın qaçılmaz olduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov çıxışında Qərbi Azərbaycan torpaqlarında aparılmış deportasiya və soyqırımlarının acı nəticələrindən danışıb.

Tədbirdə şəhidlərimizin ailə üzvləri, o cümlədən Birinci Qarabağ şəhidi Həsənquliyev Şirindilin bacısı Nazlıxanım Həsənquliyeva və İkinci Qarabağ şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov da çıxış edərək öz ürək sözlərini bölüşüblər.

Sərgi Azərbaycan torpaqlarının qədim və zəngin tarixini, milli-mədəni irsimizi tanıtmaq məqsədi daşıyır. Təqdim edilən əsərlər AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin tələbələri tərəfindən Təsviri incəsənət kafedrasının müəllimlərinin rəhbərliyi ilə hazırlanıb. Sərgidə 111 rəsm əsəri və 11 əl işi nümayiş olunub.

Sərgidə fərqlənən tələbələrin işlərinə diplomlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin qorunması və gənc nəslin milli irsə bağlılıq ruhunda tərbiyə olunmasına böyük töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri