Icma.az
close
up
RU
AzMİUda “Qərbi AzərbaycanQədim Tarixi Yurdumuz” adlı rəsm sərgisi keçirildi FOTOLAR

AzMİUda “Qərbi AzərbaycanQədim Tarixi Yurdumuz” adlı rəsm sərgisi keçirildi FOTOLAR

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 25-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycan - Qədim Tarixi Yurdumuz” mövzusunda rəsm sərgisinin açılışı keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova, Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov, şəhid ailələrinin üzvləri, AzMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər. 

Açılış mərasimi ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.  Ardınca Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 
Tədbirdə çıxış edən rektor professor Gülçöhrə Məmmədova vurğuladı ki, Qərbi Azərbaycan bölgəsi Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biridir. Bu sərgidə nümayiş olunan əsərlər Qərbi Azərbaycanın maddi və mədəni irsini, tarixi abidələrini və adət-ənənələrini əks etdirir. O, həmçinin, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq, Qərbi Azərbaycana da qayıdışın qaçılmaz olduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov çıxışında Qərbi Azərbaycan torpaqlarında aparılmış deportasiya və soyqırımların acı nəticələrindən danışıb.  

Tədbirdə şəhidlərimizin ailə üzvləri, o cümlədən I Qarabağ Şəhidi Həsənquliyev Şirindilin bacısı Nazlıxanım Həsənquliyeva və II Qarabağ Şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov da çıxış edərək öz ürək sözlərini bölüşdülər.

Tədbirin sonunda sərginin rəmzi olan lent kəsildi və sərgiyə baxış keçirilib. 

Sərgi Azərbaycan torpaqlarının qədim və zəngin tarixini, milli-mədəni irsimizi tanıtmaq məqsədini daşıyırdı. Təqdim edilən əsərlər AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin tələbələri tərəfindən yaradılıb və Təsviri İncəsənət kafedrasının müəllimlərinin rəhbərliyi ilə hazırlanıb. Sərgidə 111 rəsm əsəri və 11 əl işi nümayiş olunub. 

Sərgidə fərqlənən tələbələrin işlərinə diplomlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub. 

Qeyd edək ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin qorunması və gənc nəslin milli irsə bağlılıq ruhunda tərbiyə olunmasına böyük töhfə verir. 
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see277

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see236

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see234

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see225

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see225

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see193

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see170

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see160

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see146

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see146

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see142

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see138

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see137

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see137

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see134

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see131

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see123

Bu bibərlərin insan orqanizminə faydaları

17 Dekabr 2025 02:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri