Azneft dairəsinə protiv girən Galenwagen nin sürücüsü SAXLANILDI FOTO VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsü saxlanılıb".
Avtosfer.az xəbər verir ki, bu məlumatı Oxu.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.
O qeyd edib ki, "Azneft" dairəsi istiqamətində yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla yanaşı, onu çəkib sosial şəbəkə hesabında paylaşan 90-TH-222 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün avtomobili idarəetmə hüququ altı ay müddətinə məhdudlaşdırılıb.
"Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü (əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınına qarşı hərəkət etmə) və 327.7-ci (il ərzində 20 və daha artıq bal toplanmaqla sürücülük hüququnun məhdudlaşdırılması) maddələri əsasında protokol tərtib olunub. Nəqliyyat vasitəsi duracağa yerləşdirilib",- deyə T.Nəsirli bildirib.
Xatırladaq ki, ötən gün "Mercedes-Benz Gelandewagen" avtomobilinin sürücüsününün "Neftçilər" prospektində qoşa xəttin tələbini pozması və həmin qayda pozuntusunu öz sosial hesabında paylaşması barədə məlumat vermişdik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 22 Yanvar 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















